Azərbaycanın xarici borcu: müsbət və mənfi tərəflər

Azərbaycanın xarici borcu: müsbət və mənfi tərəflər Bu gün Maliyyə Nazirliyi Azərbaycanın xarıcı borclar ilə bağlı məlumatı açıqladı. Nazirliyin məlumatına görə, hal-hazırda xarici dövlət borcu 4,753.2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.2 faiz təşkil edir. Nazirlik onu da əlavə edib ki, xarici borcun ÜDM-də nisbəti Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 faiz, Macarıstanda... Read More

Benzinin bahalaşmasının şok detalları

Benzinin bahalaşmasının şok detalları Hökumət benzinin qiymətinin liberallaşdırılması və bazara yeni oyunçuların cəlb edilməsi bəhanəsi ilə qiymətləri bahalaşdırmağa hazırlaşır; “yeni oyunçular” isə ARDNŞ-in xarici ölkələrdə səhmlərini ələ keçirdiyi şirkətlərdir Yüksək oktanlı benzin yanacaqdoldurma məntəqələrində baha qiymətə satılacaq. Hələlik Aİ-95 80 qəpik, Aİ-98 isə 1,5 manatdır. Energetika naziri Natiq Əliyevin... Read More

Nə üçün arayışsız kreditlərə qadağa qoyuldu?

Nə üçün arayışsız kreditlərə qadağa qoyuldu? Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kreditinin verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan edib. Yəni, belə desək yeni bir qərar ilə artıq banklar arayışsız istehlak krediti verməyəcək. Qadağanın əsas səbəbi isə problemli kreditlərin məbləğinin sürətlə artmasıdır.... Read More

Büdcə bölgüsünə ictimai nəzarət varmı?

Büdcə bölgüsünə ictimai nəzarət varmı? Qadir İbrahimli: “Vəsaitin bölüşdürülməsinə hakimiyyət tək özü nəzarət edir”; Vüqar Bayramov: “Bu il büdcə bölgüsü əvvəlki illərə nisbətən ictimaiyyətə daha açıqdır” Bir çox müşahidəçilər hesab edir ki, dövlət sərmayələrinin bölüşdürülməsində vətəndaş cəmiyyətinin nəzarəti yoxdur. Yəni büdcənin bölüşdürülməsi ilə bağlı məsələlərdə media orqanları,... Read More

İcbari Tibbi Sığorta: 15 illik həsrətin sonu?

İcbari Tibbi Sığorta: 15 illik həsrətin sonu? Gələn ildən Azərbaycanda icbarl tibbi sığortanın tətbiqi planlaşdırılır. Bununla da, 1999-cu ildən səhiyyə gündəminin bir hissəsini zəbt etmiş bir problemin həll ediləcəyi güman edilir. Bu sığorta növünün tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda digər sektorlara o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin... Read More

“Xaricdə mənzil sahibi olmaq dəbə düşüb”

“Xaricdə mənzil sahibi olmaq dəbə düşüb” Vüqar Bayramov: “İkinci ev sahib olmaq istəyənlər ölkədən kənara üz tuturlar” Son statistik məlumatlar göstərir ki, xarici ölkələrdə daşınmaz əmlak alan azərbaycanlıların sayında xeyli sayda artım var. Ekspertlər buna əsas səbəb olaraq Bakıda mənzillərin qiymətinin digər ölkələrlə müqayisədə yüksək olmasıdır. Məsələn, 8 km ərazisində orta hesabla bir otaqlı mənzillərin... Read More

Külçə qızıllar zinət əşyalarının bazarını «öldürür»

Külçə qızıllar zinət əşyalarının bazarını «öldürür» Rəşad Həsənov: «Qızıl bazarında tələbatın nisbətən artması külçə şəklində qızılların bahalaşmasına səbəb olur» Vüqar Bayramov: «Külçə şəklində satılan qızıla marağın artması birmənalı olaraq onun yığım vasitəsi kimi istifadə edilməsi ilə bağlıdır» Son vaxtlar dünya, eləcə də Azərbaycan bazarlarında qızılın qiymətində yenidən artımlar qeydə alınmaqdadır.... Read More

Lombard Tələsi

Lombard Tələsi Bizim ofisin yaxınlığında, daha dəqiqi Füzili meydaninin ətrafında divara ağ-qara printer ilə çap edilmiş və üzərində “Lombard” sözü və bir daha aşağı istiqaməti göstərən bir kağız yapışdırılıb. Bu kağız binanın qaranlıq zirzəmisinin ofisin kimi istifadə olunduğunu göstərir. Bu ofis Lombarddır. Təəssüf ki, Bakının belə qaranlıq zirzəmilərində özünə məkan tapan Lombardlar yağışdan sonra artan göbələkləri... Read More

Lombardlar əhalini aldadır – Faktlar var…

Lombardlar əhalini aldadır – Faktlar var… Mərkəzi Bankın iş yerindən arayış təqdim etmədən kreditlərin verilməsinə qoyduğun məhdudiyyətdən sonra əlacsız qalan vətəndaşlar lombardlara üz tutub Son vaxtlar bu mənbələrə müraciət edənlərin sayı həddən artıq çoxalıb. Söz yox ki, kəmfürsət lombard sələmçiləri yaranmış vəziyyətdən sui-istifadə edərək, şərtləri ağırlaşdırıblar. Amma bu, onların xidmətinə tələbatı... Read More

Rusiya maşınlarının ölkəmizə gətirilməsi yasaqlanır?

Rusiya maşınlarının ölkəmizə gətirilməsi yasaqlanır? Vüqar Bayramov: “Rusiya avtomobilləri “Avro-4” standartına uyğun gəlmədiyi üçün onlar üçün konkret il müəyyənləşdirmək mümkün deyil”. Məlumdur ki, cari ilin 1 aprel tarixindən ölkəmizdə “Avro-4” ekoloji normaları tətbiq olunacaq. Qərar idxalın həcminə o qədər təsir etməsə də, avtoparkı cavanlaşdıracaq. Artıq idxal olunacaq maşınlar üçün ölkələr üzrə... Read More