Sağlamlıq imkanları məhdud şəxslərin müdafiəsi ilə bağlı qanunvericilik bazası: real vəziyyət və təkmilləşməsi istiqamətləri

Sağlamlıq imkanları məhdud şəxslərin müdafiəsi ilə bağlı qanunvericilik bazası: real vəziyyət və təkmilləşməsi istiqamətləri

Hər bir ölkədə həyata keçirilən iqtisadi-sosial islahatların əsas meyarı ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi və bütün təbəqələr üzrə, xüsusilə sağlamlalıq imkanları məhdud olan şəxslərə dövlət tərəfindən qayğının göstərilməsi olmalıdır. Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasəti əsas etibarı ilə Əmək və Əhalinin sosial müdafiə nazirliyi və Səhiyyə nazirliyi tərəfindən aparılır. Sırf əlil, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün müəyyən səlahiyyətli qurumun olunması yaranan problemlərin aradan qaldırılması, əllilərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək, sağlamlıq imkanları məhdud uşaqların digər vətəndaşlarla bərabər imkanların yaradılması, öz fərdi maraq və qabiliyyətlərinə uyğun müvafiq sürətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.

Tam Mətnini Buradan Yükləyə Bilərsiniz

Leave A Comment