Mərkəzi Bankin uçot stavkasını artırılması nəyi dəyişəcək?

Mərkəzi Bankin uçot stavkasını artırılması nəyi dəyişəcək?

Mərkəzi Bankin uçot stavkasını artmasından sonra kreditlərin bahalaşacağı ilə bağlı məlumatlarla tanış oldum. Maraqlıdır, bizdə nə zaman ucuz kredit olub ki, indi də bahalaşa? Əgər kredit faizlərinin aşağı salınması ölkə Prezidentinin tapşırığı ilə dövlət büdcəsi haqqında qanuna daxil edilirsə deməli kreditlər bazarın diqtə etdiyindən də dəfələrlə bahadır. Uçot stavkası 3 faiz olanda kredit faizləri 29 faizədək yüksəlirdi. Kredit faizləri 6 faiz deyildi ki, 3 faizin 5 faizə artırılması bankların kredit faizlərinə baxmaqa məcbur edə. Banklar kredit faizlərini o qədər yüksək müəyyənləşdiriblər ki, uçot stavkası bu sürətlə də çətin onlara çata. Digər tərəfdən, mərkəzləşdirilmiş kreditlər payı kredit portfelində marjinal olduğundan bu addım heç psixoloji təsir də göstərmir. Kreditlər nə bahalaşacaq, nə da aşağı ucuzlaşacaq. Ona görə bahalaşmayacaq ki, regionda ən yüksək faizli kredit faizlərimizin artıq qalxmağa yeri yoxdurç tavana dirənib. Nəhayət ona görə aşağı düşməyəcək ki, əksər banklarımız hələ də strateji deyil, nanesensial düşünərək qısa zamanda daha çox gəlir əldə etmək prinsipindən əl çəkmirlər. Nəticədə də problemli kredit portfelini gündən-günə şişirdirlər.

Leave A Comment