VİDEO: Dollar krediti dayandırıldı

VİDEO: Dollar krediti dayandırıldı

Yəni, kreditləri banklar mayın 5-dək ancaq manatla verə bilər

Banklar artıq dollarla kredit verə bilməyəcək. Yəni, kreditləri banklar mayın 5-dək ancaq manatla verə bilər.

Bu gündən etibarən 1 ay müddətinə bankların hamısı krediti ancaq manatla verə bilər. Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qəbul etdiyi qərarda öz əksini tapıb.

Ekspert Vüqar Bayramovun sözlərinə görə, manatla kreditlərin verilməsi bankların özlərinin də xeyrinədir. Çünki, manat kreditləri bankların gəlir qazanmasını bir növ sığortalayacaq.

Vüqar Bayramov hesab edir ki, manat kreditlərinin verilməsini stimullaşdırmaq üçün əlavə addımlar da atılmalıdır. Ekspert bunun üçün manat əmanətlərinin indeksasiya olunmasını təklif edir. Belə olan halda, manat əmanətləri valyuta risklərindən sığortalanacağı üçün insanların manat əmanətlərinə marağı artacaq.

“Xəzər Xəbər” mövzu ilə bağlı videomaterialı təqdim edir:

Leave A Comment