“Yeni bir devalvasiya iqtisadiyyat üçün ciddi təhlükə olar”

“Yeni bir devalvasiya iqtisadiyyat üçün ciddi təhlükə olar”

Vüqar Bayramov: “Mərkəzi Bank devalvasiyadan yayınmağa çalışmalıdır”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov Moderator.az-a açıqlamasında yeni devalvasiya təhlükəsi ilə bağlı səslənən ehtimalları dəyərləndirib:

“Hələlik Mərkəzi Bank çalışır ki, manatın məzənnəsini mövcud koridor çərçivəsində dəyişsin. Hazırda koridor 1manat 50 – 1 manat 65 qəpik arasında dəyişir. Sözsüz ki, manatın məzənnəsində bəzən Mərkəzi Bankın nəzarətində kənar da dəyişikliklər olur. Ancaq hələ də Mərkəzi Bank bazarda aparıcıdır. Praktiki olaraq məzənnəni müəyyənləşdirir.
Manatın məzənnəsini indiki hlada bazar müəyyənləşdirmədiyi üçün təbii ki, yeni bir devalvasiyanın olub-olmayacağını proqnozlaşdırmaq çox çətindir. Koridor daxilində məzənnənin daha nə qədər dəyişəcəyini proqnozlaşdırmaq mümkün deyil. Lakin yeni bir devalvasiya iqtisadiyyat üçün ciddi bir təhlükə ola bilər. Bu, biznesə çox ciddi mənfi təsir göstərə bilər. Mərkəzi Bank devalvasiyanı unutmalıdır. Çünki bir gün ərzində manatın məzənnəsinin 35-50% aşağı salınması biznesə çox böyük mənfi təsir göstərib. Biznesə bu mənfi təsiri aradan qaldırmaq üçün uzun müddət lazımdır. Ona görə də, manatın bazar qiymətinin tapılmasına çalışmaq lazımdır. Mərkəzi Bank çalımalıdır ki, kəskin dəyişiklər olmasın. Ikinci devalvasiya iqtisadiyyata mənfi təsir göstərdi. Mərkəzi Banlk bir gecədə manatı 50% dəyərsizləşdirdi. Dolarla öhdəliləri olan şirkət və banklar çox ciddi problemlərlə üz-üzə qaldı. Buna görə də Mərkəzi Bank devalvasiyadan yayınmağa çalışmalıdır. Çalışmalıdır ki, məzənnəni bazar müəyyənləşdirsin. Əgər dəyişikliklər olacaqsa da, bu, kəskin yox, mərhələli olsun. Mərhələli olsun ki, biznes bu dəyişiklərə uyğunlaşa bilsin”.

Seymur Əliyev

Leave A Comment