“Qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaq üçün ən azı iki il vaxt lazımdır”

“Qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaq üçün ən azı iki il vaxt lazımdır”

Vüqar Bayramov: “Hazırkı islahatlar yalnız idxaldan asılılığı azalda bilər”

“Qeyri-neft sektorunun inkişafı bir günlük, bir aylıq bir hədəf olmamalıdır. Bu sektorun inkişafı ona strateji yanaşma tələb edir”.

Bunu Moderator.az-a açıqlamasında iqtisadçı alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, buna nail olmaq üçün islahatlar paketi genişləndirilməli,sistemli addımlar atılmalıdır:
“Bir günə, bir aya qeyri-neft sektorunu inkişaf etdirmək mümkün deyil. Buna illər lazımdır. Qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaq üçün bizə ən azı iki il vaxt lazımdır. Hazırkı dövrdə həyata keçirilən islahatlar yalnız idxaldan asılılığın mərhələli şəkildə azaldılmasına xidmət edə bilər. Ancaq qeyri-neft sektorunun ixracatdakı payının artırılmasına qısa zamanda nail olmaq mümkün deyil. Bu strateji hədəfə nail olmaq üçün isə islahatlar paketi genişləndirilməlidir”.

Seymur Əliyev

Leave A Comment