Alimimiz Beyin Mərkəzləri Sammitində

Alimimiz Beyin Mərkəzləri Sammitində

Sabah Koreya İnkişaf İnstitutu, ABŞ-ın Pensilvaniya Universiteti, Asiya İnkişaf Bankı və daha 3 beynəlxalq qurumun təşkilatçılığı ilə IV Asiya Beyin Mərkəzləri Sammiti öz işinə başlayacaq.

Axar.az xəbər verir ki, sammitə spiker kimi dəvət edilən iqtisadçı alim Vüqar Bayramov yalnız Azərbaycanı deyil, bütövlükdə regionu təmsil edəcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) beynəlxalq qiymətləndirmədə Cənubi Qafqaz və Mərkəzi Asiyanın ən güclü beyin mərkəzi olduğu üçün qlobal sammitlərdə regionu təmsil etmək vəzifəsini bölüşür.

Sammitə 50 ölkədən 70-ə yaxın beyin mərkəzi rəhbəri dəvət edilib. Tədbirə yalnız Asiya qitəsində yerləşən deyil, eləcə də ABŞ və Avropada fəaliyyət göstərən mərkəzlər də dəvət ediliblər. Eyni zamanda, beynəlxalq maliyyə qurumları da tədbirə qatılanlar siyahısındadır. Dörd paralel paneldə 30-a yaxın sessiyanın təşkil olunacağı 2 günlük sammitdə regional və qlobal çətinliklər və beyin mərkəzlərinin fəaliyyəti əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, bu iqtisadçının Cənubi Koreyaya sayca 5-ci səfəridir və o, inkişaf etməkdə olan ölkələrdə beyin mərkəzlərinin rolu və fəaliyyətlərinin təkmilləşdirilməsi mövzusunda çıxış edəcək.

Leave A Comment