Əlillərin hüquqlarının təmin edilməsi və sosial müdafiəsi sahəsində dövlət siyasətinin qiymətləndirilməsi və təkmilləşdirilməsinə dair təkliflər

Əlillərin hüquqlarının təmin edilməsi və sosial müdafiəsi sahəsində dövlət siyasətinin qiymətləndirilməsi və təkmilləşdirilməsinə dair təkliflər

İnsan hüquq və əsas azadlıqlarının qorunmasına məqsədilə proqramların hazırlanması və icra olunmasında bir nömrəli sifarişçi və təminatçı hökumət orqanlarının rolu əvəzedilməzdir. Demokratik idarəetmə və inkişafın meyarına çevrilmiş bu məqam alternativsizdir. Bununla yanaşı, dövlət orqanları cəmiyyətin bütün üzvlərinə xas olan ləyaqət və dəyərlərin, onların bərabər və ayrılmaz hüquqlarının, azadlıqlarının qorunmasında xüsusi missiya daşıyıcısıdırlar.

Bu zaman həm cəmiyyət, həm də dövlət orqanları istisnasız olaraq insanların hüquqlarının və azadlıqlarının ümumiliyini, ayrılmazlığını, qarşılıqlı asılılığını və əlaqəsini, heç bir ayrıseçkiliyə yol verilmədən təmin edilməsinin zəruriliyini dərk edirlər.
Bütün bunları nəzərə alaraq, əlillərin hüquqlarının təmin edilməsində, onların sosial müdafiəsinin təmin olunması sahəsində dövlət siyasətinin təkmilləşdirilməsinə ehtiyac var. Bu zaman əlillərin hüquqlarının təmin olunmasındakı humanitar məsələlərlə yanaşı, bunun iqtisadi dividenti də nəzərə alınmalıdır.

Tam Hesabatı Buradan Yükləyə Bilərsiniz

Leave A Comment