Qorunan əmanətlər üzrə faiz dərəcəsinin 18 faizədək arıtılmasına ehtiyac var

Qorunan əmanətlər üzrə faiz dərəcəsinin 18 faizədək arıtılmasına ehtiyac var

Mərkəzi Bankın uçot stavkasını 9.5 faizədək yüksəltməsi qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini daha da aktuallaşdırıb. Dollar ilə cəmi 3, milli valyuatada yalnız 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edir. Son müflis olan 4 bankda da ən ciddi problem məhz qorunmayan əmanətlərin geri qaytarılması ilə bağlıdır. Həmin əmanətlərin qorunmaması isə məhz sığortalanan əmanətlərdə dividentlərə olan limit faizi ilə bağlıdır. Rəsmi uçot stavkası artıq iki rəqəmli həddə yaxınlaşdığı üçün milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin 18 faizədək arıtılmasına ehtiyac var. Bu manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər.

Leave A Comment