Manat niyə dəyərsizləşir?

Manat niyə dəyərsizləşir?

“Ümumiyyətlə, manatın məzənnəsi dolların qiymətinə əsasən müəyyənləşir. Əgər manat dollara nisbətən dəyərini itirirsə, nəticə etibarı ilə digər valyutalara da nisbətən dəyərsizləşir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, hazırda dollara olan tələb yüksəkdir: “Keçirilən son hərraclar da göstərir ki,dollara tələb təklifi üstələyir. Mərkəzi Bankın rəsmi məlumatında qeyd olunur ki, son dövrlərdə dollara tələb orta hesabla 600 milyon, hərraca çıxarılan dolların həcmi isə 50 milyon dollardır. Bu o deməkdir dollara olan tələb təklifi 12 dəfə üstələyir. Bunu nəzərə alaraq deyə bilərik ki, növbəti dövrlərdə də dolların Azərbaycan bazarında möhkəmlənəcəyi gözlənilir”.

V. Bayramov qeyd edib ki, manatın digər xarici valyutalarının qiymətinə nisbətən ucuzlaşması Mərkəzi Bankın apardığı siyasətdən asılıdır: “Əgər Mərkəzi Bank mövcud siyasəti davam etdirərsə, manatın məzənnəsi digər valyutalara nisbətən mərhələli şəkildə aşağı düşəcək. Amma Mərkəzi Bank tənzimlənən üzən valyuta rejmindən liberal üzən valyuta məzənnəsinə keçərsə, o zaman manatın məzənnəsində sıçrayışlı azalmanın olacağı istisna edilmir”.

Leave A Comment