Uçot stavkasının artırılması nəyi dəyişəcək?

Uçot stavkasının artırılması nəyi dəyişəcək?

Mərkəzi Bank uçot stavkasını 9.5 faizdən 15 faizə yüksəldib. Son dəfə 15 faizlik stavkar 2008-ci ilin iyununda qeydə alınmışdı, amma cəmi 4 aydan sonra həmin dərəcəni 3 faiz bənd aşağı salmışdı. Mərkəzi Bank uçot stavkasını kəskin artırmaqla manatla yığımları artırmaq məqsədi daşıyır. Bu milli valyuta ilə yığımlara daha çox dividend ödənişi deməkdir. Amma eyni zamanda, baş bank daha bahalı mərkəzləşdirilmiş kreditlər təklif edəcək. Bu eyni zamanda qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini bir daha da aktuallaşdırıb. Dollar ilə cəmi 3, milli valyuatada yalnız 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edir. Bu manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər. İstehlak və mikro kreditlərin maksimum faiz dərəcələri uyğun olaraq 29 və 25 faiz olaraq məhdudlaşdırıldığı üçün sığortalanın faiz dərəcələrinin artırılması kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq, amma bu əhalinin əmanətlərinin qorunmasına imkan verəcək.

Leave A Comment