“Bankların dollara olan təlabatı süni xarakter daşıyırdı”

“Bankların dollara olan təlabatı süni xarakter daşıyırdı”

Iqtisadçı ekspert: “Əgər Mərkəzi Bank və Dövlət Neft Fondu yenə də hərraca əvvəlki dövrlərdə olduğu kimi az həcmdə yəni 50 milyon dollar çıxardacaqsa və yenidən hərraca çıxarılan dolların məbləği azalacaqsa, o zaman yenidən dollar qıtlığı yarana bilər”

“İndiki məqamda Mərkəzi Bank və Dövlət Neft Fondu dollar tələbatında əsas mənbələrdir”.

Bu sözləri PİA.AZ-a iqtisadçı-ekspert Vüqar Bayramov manatın hazırkı vəziyyətini şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi ötən həftələrdə ölkəmizdə dollar kəskin şəkildə bahalaşdı. Hətta dollar qıtlığının olduğu açıq şəkildə göründü . Hazırda isə manatın dollara nisbətdə möhkəmlənməsi prosesi baş verir. Onu da qeyd edək ki, Mərkəzi Bankın dollar ehtiyatları kəskin azalıb. Mərkəzi Bank ehtiyatlarını qorumaq üçün hərracda banklara dollar satışını dəfələrlə azaldıb.
Hazırda manatın vəziyyətini stabil olaraq dəyərləndirmək olarmı və demək olarmı ki, artıq kəskin devalvasiya təhlükəsi yoxdur?

Bu mövzu ilə iqtisadçı Vüqar Bayramov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

İqtisadçı ekspertin fikrincə, dollara olan təlabat süni xarakter daşıyırdı. Süni sifarişlər də nəticə etibarı ilə sifarişlərin həcmin azaltdı və təbii ki, valyuta bazarında stabillik və dollar qıtlığının aradan qaldırmasına gətirib çıxardı:

“Mən iyulun 1-də sosial şəbəkədə statusumda və mətbuata açıqlamamda da bilirimişdim ki, Mərkəzi Bank hərraca 300 milyon dollar çıxarmaqla manatın məzənnəsini müəyyən müddət üçün stabilləşdirə və eləcə də ajantajın qarşısın ala bilər. Çünki hərracda sifarişin böyük bir qismi süni sifaris idi. Amma çox təəssüf ki, Mərkəzi Bank 300 milyon dolları hərraca mənim təklif etdiyim vaxtdan təxmini iki ay yarım sonra çıxardı. Bu gecikmənin nəticəsi olaraq da bu hərrac ajitajın yaranmasına səbəb oldu, “qara bazar” genişləndi, dollar qıtlığı formalaşdı. Məhz bundan sona Mərkəzi Bank həracca 300 milyon dolların çıxarılmasını qəbul etdi və bunuhəyata keçirdi.

İyulun 1-də proqnazlaşdırdığım kimi Mərkəzi Bankın bu addım da banklar tərəfindən sifarişlərin həcmin kəskin azaltdı. Çünki yenə qeyd edirəm ki, bankların sifarişinin əksəriyyəti süni sifarişlər idi. Süni sifarişlər də nəticə etibarı ilə sifarişlərin həcmin azaltdı və təbii ki, valyuta bazarında stabillik və dollar qıtlığının aradan qaldırmasına gətirib çıxardı. Amma bu uzun müddətli dövr üçün stabillikdirmi? Bu birbaşa asılı olacaq Mərkəzi Bankın növbəti dövrdə həyata keçirəcəyi siyasətdən. Əgər Mərkəzi Bank və Dövlət Neft Fondu yenə də hərraca əvvəlki dövrlərdə olduğu kimi az həcmdə yəni 50 milyon dollar çıxardacaqsa və yenidən hərraca çıxarılan dolların məbləği azalacaqsa, o zaman yenidən dollar qıtlığı yarana bilər. Bu da o deməkdir ki, indiki məqamda Mərkəzi Bank və Dövlət Neft Fondu dollar tələbatında əsas mənbələrdir. Artıq birmənalı şəkildə manatın stabilliyi məhz bu iki qurumun hansı məbləğdə dolları hərraca çıxarmağından asılıdır.

Növbəti bir ayda gözlənilir ki, Mərkəzi Bank mövcud məzənnə ətrafında kursu saxlamağa çalışacaq. Mərkəzi Bank çalışacaq ki, dollar da, manat da kəskin möhkəmlənməsin. Çünki indiki məqamda manatın da kəskin möhkəmlənməsi nə Mərkəzi Bankın, nə də Maliyyə Nazirliyinin maraqlarına uyğun deyil. Buna görə də manatın kəskin möhkəmlənməsinə Mərkəzi Bank getməyəcək. Amma ilin sonuna doğru yenidən dollara tələbat artacaq. Dollara tələbatın artması da bayramlarla, səfərlərlə bağlı olacaq. Həm də kommersiya bankları ilin sonuna doğru xarici valyuta ödənişlərinin məbləğini artıracaq, bu da dollara olan tələbatı artıracaq.

Bütün bunların hamısı Mərkəzi Bankın müdaxiləsindən asılıdır. Əgər Mərkəzi Bank indiki kimi bazara müdaxilə edib valyuta çıxaracaqsa,(istər Dövlət Neft Fondu, istərsə də öz hesabına) bu zaman manatın məzənnəsin qoruyub saxlaya bilər. Amma əgər Mərkəzi Bank iyul, avqust ayında olduğu kimi məhdud məbləğdə valyutanı bazara çıxaracaqsa, o zaman yenidən dolların məzənnəsinin yüksəlməsi və dollar qıtlığının müşahidə edilməsi mümkündür.Dollara olan tələbatın artmasını nəzərə alsaq, ilin sonuna doğru manatın məzənnəsi birbaşa Mərkəzi Bankın hərraca hansı məbləğdə vəsait çıxarmasından asılı olacaq”.

Nərminə UMUDLU
pia.az

Leave A Comment