Özəl şirkətlər niyə tələbələrə təqaüd ayırmaqda maraqlı deyil? — VİDEO

Özəl şirkətlər niyə tələbələrə təqaüd ayırmaqda maraqlı deyil? — VİDEO

Ölkəmizdə dövlət sifarişi əsasında təhsil alan tələbələrə təqaüd dövlət tərəfindən verilir. Amma bir sıra inkişaf etmiş ölkələrdə iri sahibkarlar və şirkətlər bu prosesdə aktiv iştirak edirlər. Yəni təqaüdü dövlət yox, biznesmenlər verirlər. Təbii ki, bunun müqabilində onlara müəyyən güzəştlər edilir. Bu təcrübədən ölkəmizdə də istifadə etmək mümkün ola bilər.
Tələbələr alternativ maliyyələşmə mexanizminin tətbiq edilməsini vacib sayır.

İqtisadçı ekspert Vüqar Bayramov isə deyir ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlərdə tələbələrin maliyyələşdirilməsində şirkətlər aktiv iştirak edirlər.

Şİrkətlər bu yolla həm də özlərinə kadr yetişdirilməsinə dəstək verirlər. Bunu stimullaşdırmaq üçün dövlət tərəfindən iri sahibkarlara, şirkətlərə müəyyən güzəştlər tətbiq edilir.

Tələbələrə təqaüdlərin biznes subyektləri tərəfindən verilməsi büdcə xərclərinin optimallaşdırılmasına şərait yarada bilər.
Ölkə.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Leave A Comment