Mərkəzi Bank strateji hədəflərlə manatın məzənnəsinin liberallaşmasına nail olmağa çalışmalıdır – Vüqar Bayramov

Mərkəzi Bank strateji hədəflərlə manatın məzənnəsinin liberallaşmasına nail olmağa çalışmalıdır – Vüqar Bayramov

“Dolların bahalaşması prosesi davam edəcək”.

Bunu SalamNews-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, bahalaşma həm də dollara olan təlabatın artması ilə bağlıdır: “Nəzərə alaq ki, son dövrlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qeydə alınan ziyan əmanətçilərə manatla kompensasiya edilib. Yəni son bir ayda 350 milyon manat “Bank Standart”ın əmanətçilərinə verilib. Kompensasiya məbləğlərinin artırılması və kompensasiya manatlarının bazara daxil olması da dolların möhkəmlənməsinə gətirir çıxarır. Eyni zamanda ilin sonuna doğru dollara təlabatın artması gözlənilir. Çünki dolların özəl və dövlət müəssisələrinə borc və öhdəlikləri var. Buna görə də növbəti dövrlərdə təlabatın artması gözlənilir”.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bank dolların tələbinin tənzimlənməsini həyata keçirir: “Mərkəzi Bankın məzənnə siyasətini mərhələli şəkildə araşdırılması məqsədəuyğundur. Əlbəttə, bazarın təsir imkanları artırılmalıdır ki, nəticədə mərhələli şəkildə yeni məzənnə siyasətinə daxil olmaq mümkün olsun. Hər zaman qeyd edirəm ki, dolların manata nəzərən məzənnəsi banklardan asılı olacaq. Banklar müflis olduqca, vətəndaşlar banklardan əmanətlərini geri çəkdikcə, dollara olan tələb artır. Ona görə də bu istiqamətdə addımların atılmasına da ehtiyac var. Bankların sağlamlaşdırılması istiqamətində işlər aparılmalıdır. Bankların dollarlaşması prosesinin qarşısını almaq lazımdır ki, bununla bankların müflisləşməsi nəticəsində dövriyyəyə daxil olan manat kütləsinin tənzimlənməsi mümkün olsun. Kommersiya bankları üçün müəyyən olunan maaşın 4 faizdən 2 faizə endirilməsi məqsədəuyğundur. Maaş kommersiya bankları üçün dövriyədir”.

Vüqar Bayramov söyləyib ki, hökumət qeyri-neft sektorunun ixracının rüsumlaşdırılması və artırılması istiqamətində işlərini davam etdirməlidir: “İndiki dövrdə manatın məzənnəsi birbaşa ölkəyə daxil olan vəsaitin həcmindən asılı olacaq. Neftin bazar qiyməti aşağı olduğu üçün qeyri-neft sektorunun inkişafı vacibdir. Qeyri-neft sektorundan olan daxilolmaları artırmaq mümkün olarsa, gələcəkdə manatın stabilləşməsinə nail olmaq olar. Hələlik qetri-neft sektorundan daxilolmalar az olduğundan və neft ixracından əldə edilən gəlir ümumi gəlirin 80 faizdən çox təşkil etdiyindən manata təzyiq artır. Ona görə də Mərkəzi Bank strateji hədəflərlə manatın məzənnəsinin liberallaşması və stabilləşməsinə nail olmağa çalışmalıdır. Çox təəssüf ki, Mərkəzi Bank daha çox qısa müddətli addımlara üstünlük verir. Yəni, Mərkəzi Bank manat bazasını azaldaraq tələbin optimallaşmasına nail olmağa çalışır. Əlbəttə qısamüddətli effekti olan təsirlər manatın məzənnəsini strateji həddə möhkəmləndirə bilməz. Buna görə daha strateji yanaşmanın ortaya qoyulması və hədəflərin uzunmüddətli proqnozlaşdırılmasına ehtiyac var”.

A.İsgəndərova

Leave A Comment