Bankları necə xilas etməli?

Bankları necə xilas etməli?

Bu gün Bakıda “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” mövzusunda bank forumu işə başlayıb. Foruma müstəqil iqtisadçıların da dəvət edilməsi müsbət hal olsa da, məruzəçilərin yalnız dövlət və maliyyə-bank sektorunu təmsil etməsi diqqəti çəkməyə bilməzdi. Halbuki, müstəqil məruzə bankirlərə iqtisadçıların kənar qiymətləndirməsi ilə problemlərini müzakirə imkanı yarada bilərdi. Əslində, bank sektorunun daxili qiymətləndirmə ilə yanaşı və bəlkə də daha çox kənar dəyərləndirmələrə ehtiyacı var. Çünki bu sektorun problemləri kənardan daha yaxşı görsənir və ən azı illər öncə bunu görüb deyirdik. Bank sektoru iqtisadiyyatın mühərikidir və bu sistemin sağlamlaşdırılmasına ehtiyac var. Forumda bank sektoruna təsir baxımdan ən çox qeyd edilən məsələ təbii ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi və milli valyutanın devalvasiyası oldu. Amma manat devalvasiyası uğramasaydı və ya neftin qiyməti aşağı düşməsəydi bank sektorunda mövcud problemlər olmayacaqdımı? Birmənalı şəkildə, nefti bumu dövründə bank menecmentində buraxılan səhvlər və “yüksək faizlə daha çox gəlir əldə etmək istəyi” hətta neftin qiyməti aşağı düşməsəydi də belə bu sektorda ciddi problemlər yaradacaqdı. Və neftin qiymətinin yüksək olduğu dövrlərdə də belə bu siqnalar və mesajlar var idi. Sadəcə, Mərkəzi Bank öz işini bu siqnallar üzərində qurmadı. Neftin qiymətinin yüksək olduğu dövrdə də problemli kreditlərin və aktivlərin həcmi, demək olar, hər il əvvəlki ilə nisbətən artırırdı, kredit götürənlər pramida prinsipi ilə borclarını bağlayıb daha böyük borclanmaya gedirdilər. Bu ciddi və görünən siqnallar idi. 2012-ci idə yazdığım kimi, “ödəmə qabiliyyətini yoxlamadan çay evlərində yüksək faizli plastik kartlar paylayan banklar” gec-tez müflisləşmə təhlükəsi ilə üz-üzə qalacaqlar və təəssüf ki, qaldılar. İndi isə bankların sağlamlaşdırılması üçün problemli aktivlər (toxic assets) ilə bağlı yeni proqramın qəbul edilməsindən və onların yenidən strukturzasiyasını aparılması vacibdir. Bütövlükdə, banklar iqtisadi çətinliklərdən qurtulmaq istəyirlərsə menecemetlərini təkmilləşdirməlidirlər, şəffaf və hesabatlı olmalıdırlar və ən əsası müştəri və hətta ilə kredit borcunu qayatara bilməyənlərlə hədə deyil, təşviqedici dildə danışmağa öyrəşməlidirlər.

Leave A Comment