Vüqar Bayramov: “Mənfəət əldə edən kiçik bankların hesabatları yoxlanılmalıdır”

Vüqar Bayramov: “Mənfəət əldə edən kiçik bankların hesabatları yoxlanılmalıdır”

Maliyyə hesabatlarında mənfəət əldə etdiyini göstərən kiçik bankların hesabatlarının yoxlanılmasına ehtiyac var. Bunu “APA-Economics”ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası həmin rəqəmlərin real olub olmadığını yoxlamalıdır.

“Bizim monitorinqlər və qiymətləndirmələr göstərir ki, bu gün kommersiya bankları ili zərərlə başa vurur. Hətta bu gün ölkənin ən iri bankları belə hesabat dövrünü zərərlə başa vurursa, kiçik bankların mənfəətlə işləməsi kifayət qədər təəccüblüdür. Birmənalı şəkildə həmin hesabatların araşdırılması və onların reallığı nə dərəcədə əks etdirməsi vacibdir”, – deyə V. Bayramov bildirib.

Leave A Comment