Rusiya və Türkiyənin dollarsız xarici ticarət anlaşması ABŞ pulunun məzənnəsinə təsir edə bilərmi?

Rusiya və Türkiyənin dollarsız xarici ticarət anlaşması ABŞ pulunun məzənnəsinə təsir edə bilərmi? Bu gün mənə sosial şəbəkədə ən çox ünvanlanan sual bu oldu. Cavab sadədir: bu razılıq dolların məzənnəsinə təsir etmir və edəcəyi də gözlənilmir. Dünya ehtiyatlarının 64 faizinin saxlandığı pul vahidinə aralarındakı illik ticarət dövriyyəsi 23.9 milyard dollar olan ölkələrin razılaşması aydındır ki, təsir etməyəcək. Digər tərəfdən, hətta sözügedən ölkələr xarici ticarətdə başqa valyutadan istifadə etsələr də belə, bu həm vətəndaşlarının və eləcə də şirkətlərinin dollarşma səviyyəsini azaltmayacaq. Yenə də, riskləri sığortalamaq üçün hətta biznes belə aktivlərinin əhəmiyyətli hissəsini dollarda saxlamağa üstünlük verəcək. Eyni zamanda, belə anlaşmaların nə qədər uzun müddətli olması və necə monitorinq edilməsi də müzakirə tələb edən məsələlərdəndir. Tarixən belə cəhdlər çox olub, amma dollar güclənməkdə davam edib. Bu baxımdan, hələlik dolların məzənnəsinə təsir edə biləcək yeganə ölkə elə ABŞ-ın özüdür. Amerikanlar isə hələlik möhkəm dollardan məmundurlar.

Leave A Comment