Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin idarəetmə aparatında təmsil edilməsi: Mövcud Vəziyyətin Qiymətləndirilməsi və Təkmilləşdirilməsi İstiqamətləri

Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin idarəetmə aparatında təmsil edilməsi: Mövcud Vəziyyətin Qiymətləndirilməsi və Təkmilləşdirilməsi İstiqamətləri

Sağlamlıq imkanları məhdud şəxslərin idarəetmə orqanlarında təmsil edilməsinin bir neçə üstünlüyü vardır. İlk olaraq, sağlamlıq imkanları məhdud şəxslər idarəçilik səviyyəsində fəaliyyət göstərərsə, onlar həmin təşkilat daxilində işləyən və işləmək istəyən əməkdaşlar üçün münasib şəraitin yaradılması üçün ciddi işlər görə bilər. Bundan başqa, idarə heyətində sağlamlıq imkanları məhdud şəxslərin olması təşkilatın öz imici üçün də faydalıdır. Bu, həmin qurumun sosial müxtəliflik prinsipini üstün tutduğunu göstərib, korporativ sosial məsuliyyətin yüksək dərəcədə olmasından xəbər verə bilər. Digər üstünlük isə bundan ibarətdir ki, bu qəbildən olan idarəçilər mövcud xidmətlərin sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılmasında önəmli rol oynaya bilərlər.

Tam Mətni Buradan Yükləyə Bilərsiniz

Leave A Comment