Tramp dolları ucuzlaşdıracaq?

Tramp dolları ucuzlaşdıracaq?

ABŞ Prezidenti Trampın dollar ilə bağlı açıqlamaları qlobal birjalarda dünya pulunu ucuzlaşdırıb. Dünən dollar aparıcı valyutalara nisbətən son 12 həftədə ən aşağı məzənnə ilə təklif edilib. Avro dollara nisbətən dünən 1.08 dollaradək bahalaşa da bilib. Doğrudur, bu gün yenidən birjalarda stabillik yaranıb və hərta dolların cüzi möhkəmlənməsi də müşahidə edilib. Trampın istəyi sadədir: ucuz dollar ABŞ üçün daha çox ixrac imkanları və az idxal deməkdir. Bununla həmçinin Birləşmiş Ştatlar əzəli iqtisad rəqəblərini o cümlədən Çin, Avropa Birliyi və Yaponiyanı da zəiflətmək istəyir. Amma reallıq budur ki, dolları aparıcı valyutalara və eləcə də avroya nisbətən kəskin ucuzlaşdırmaq elə də asan deyil. “İki ölkə” modelinə uyğun olaraq ABŞ-in iqtisadi rəqibləri də qabaqlayıcı tədbirlər həyata keçirəcəklər. Amma əgər Tramp və onun komandası bu məsələdə israrlı olarsa o zaman dolların digər aparıcı qlobal valyutalara nisbətən məzənnəsi mərhələli şəkildə azala bilər. Amma yenə də dolların aparıcı valyutalara nisbətən məzənnəsində kəskin azalma gözlənilmir. Bununla yanaşı, dolların əksər inkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dəyər itirməsi də inandırıcı deyil.

Leave A Comment