Azərbaycanda ünvanlı sosial yardım və məşğulluq siyasətinin əlaqələndirilməsi

Azərbaycanda ünvanlı sosial yardım və məşğulluq siyasətinin əlaqələndirilməsi

Sosial yardım yoxsul əhalinin sosial rifahının yaxşılaşdırılması və onların yoxsulluq girdabına düşməsinin qarşısını almaq üçün verilir. Lakin inkişaf etməkdə olan ölkələrdə, o cümlədən, Azərbaycanda, sosial yardımın məbləği yoxsul ailənin vəziyyətinin yaxşılaşdırılmasına adətən kifayət etmir – verilən məbləğ yalnız ən fundamental ehtiyacları ödəməyə çatır. Məhz bu problemi dərk edərək, bir sıra ölkələrdə sosial yardımın məşğulluqla əlaqələndirilməsi siyasəti tətbiq edilir. Sosial yardımın məşğulluqla əlaqələndirilməsinin başlıca üstünlüyü bundan ibarətdir ki, yardım alan və əmək qabiliyyətli üzvlərə malik ailələr iş axtardıqları müddət ərzində müavinət də alırlar. Tələb edilir ki, onlar məşğulluq xidmətləri göstərən dövlət qurumları tərəfindən təşkil edilən tədbirlərə müntəzəm qaydada qatılsınlar.

Tam mətni burada yükləyin

Leave A Comment