Manatın məzənnəsi necə dəyişəcək?

Manatın məzənnəsi necə dəyişəcək?

Mərkəzi Bankın rəsmi məzənnəsində dolların ucuzlaşmasına baxmayaraq valyuta dəyişmə məntəqələrində ABŞ pulu cüzi olsa da bahalaşıb. Real bazar kursu təklif edən banklarda artıq 100 dollar almaq üçün 170 manatdan çox vəsait ödəmək lazımdı. Bu arada Mərkəzi Bankın valyuta ehtiyatlarının artmas və eləcə də manat bazasının müqayisəli çoxalması da bazara hələlik birbaşa təsir göstərməyib. Baş bankın son açıqlamasına görə, həm valyuta ehtiyatalarında, həm də pul bazasında artım müşahidə edilib. Belə ki, bankın valyuta ehtiyatları 4,964 milyard dollar, pul bazası isə 8,274 milyard manata çatıb. Bununla belə, hər iki göstərici 2014-cü il ilə müqayisə də yenə də aşağıdır. Belə ki, pul bazası sözügedən ildə 11,866 milyard manat idi. Eyni zamanda, həmin il Mərkəzi Bankın ehtiyatları 15 milyard dollardan çox olub. Bu isə ondan xəbər verir ki, xüsusən də 2014 və 2015-ci illərdə Mərkəzi Bank öz ehtiyatları ilə valyuta bazarına intervensiya etmək məcburiyyətində qalıb.

Bu göstəricilər fonunda ən çox verilən sual manatın məzənnəsinin necə olması ilə bağlıdır. Əvvəllər də qeyd etdiyimiz kimi, manat bazası milli valyutanın məzənnəsin təsir göstərən əsas factor olsa da, idxalın azalması, dollarlaşma səviyyəsi və neftin satışından daxil olmalar məzənnəyə təsir göstərməkdədir. İdxalın azalması və neftin bir barellinin qiymətinin 50 dollar ətrafında dəyişməsi tədiyyə balansına birbaşa təsir göstərir. 2017-ci ilin ikinci yarısında manatın məzənnəsinin müəyyənləşdirilməsində Mərkəzi Bankın mövqeyi yenə də aparıcı olacaq. Mərkəzi Bank son aylar rəsmi məzənnəni çox cüzi dəyişməklə həmçinin cəmiyyətə kursun volatilliyi ilə bağlı mesaj verməyə çalışır. Aydındır ki, hərraca çıxarılan dolların əksər hallarda hammısı satılmadığı üçün bazar qaydaları üçün milli valyutanın kursu yüksəlməlidir. Amma belə görsənir ki, Mərkəzi Bank manatın kəskin möhkəmlənməsində də maraqlı görsənmir. Bu baxımdan, növbəti dövr üçün məzənnənin necə dəyişəcəyini proqnozlaşdıran zaman dollara tələbin necə dəyişəcəyinə diqqət yetirmək lazımdır. İlin sonunadək avqustun ikinci yarısı və sentyabrın birinci yarısı və eləcə də dekbar aylarında dollara tələbin yüksələcəyi gözlənilir. Belə ki, sentyabrda tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır. Eyni zamanda, yeni mövsümün başlaması ərzaq idxalını da artırmış olur. Hərraclarda satılan dolların təxminən 90 faizinin idxal üçün istifadə edildiyini nəzərə alsaq bu zaman xarici valyutaya tələbin artması qaçılmazdır. Ənənəvi olaraq dekabrda dollar tələb yüksəlir. Bu idxalın və eləcə də bayramlar ilə bağlı olaraq səfərlərin sayının artması və o cümlədən dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri ilə bağlıdır. Sözügedən aylarda dollar tələbin yüksəlməsinin məzənnəyə necə təsir etməsi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Leave A Comment