Pensiya əlçatanlığı: “Əmək pensiyaları haqqında” qanuna son dəyişiklərin qiymətləndirilməsi

Pensiya əlçatanlığı: “Əmək pensiyaları haqqında” qanuna son dəyişiklərin qiymətləndirilməsi

Məqalədə pensiya islahatları fonunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa edələn dəyişiklərin dövlətin sosial siyasətinə və əhalinin gələcək pensiya təminatına təsirlərinə aydınlıq gətirilir. Həmçinin dəyişiklər ərtaflı şəkildə izah edilir və vətəndaşların qavrayacağı uslubda izahat xarakterli məlumatlar verilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisi 10 mart 2017-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22 maddəsi üzrə 98 dəyişik qəbul edib. Dəyişiklərin geniş miqyaslı olması və pensiya təminatı sistemini köklü şəkildə yeni formaya salması əahtəli və anlaşıqlı izahı zərurətə çevirir. Beləliklə məqalədə Azərbaycanın pensiya təminatı mexanizminə daxil edilən “əmək pensiyasının minimum məbləği” kimi yeni anlayışlarla yanaşı, çıxarılan pensiya təminatının baza hissəsi kimi struktur əhəmiyyətli dəyişiklər geniş şəkildə izah edilib. Bundan başqa yaşa görə əmək pensiyası üçün müəyyən edilən minimum yaş həddinin dəyişdirilməsi, lakin bununla paralel olaraq göslənilən pensiya ödənişi müddətinə korrektənin edilməməsi, minimum pensiya kapitalı və 25 il əmək stajı kimi baryerlərin müəyyənləşdirilməsinin gələcək neqativ təsirlərinə geniş yer verilib. Eyni zamanda məqalədə yeni pensiya təminatı mexanizminin dövlət büdcəsində asılılığı azaltması ehtimalı ilə yanaşı məcburi sosial sığorta yığımı üzrə stimullaşdırıcı olmaması səbəbindən daxilolmaların azalma ehtimalına da toxunulub. Sonda isə dəyişiklərin əhalinin sosial təminatında yaradacağı neqativ təsirləri azaltmaq və ədalətlilik səviyyəsini artırmaq məqsədi ilə təkmilləşdirici xarakterli tövsiyyələr təklif edilib.

Tam mətni buradan yükləyin

Leave A Comment