Sağlamlıq imkanları məhdud əhali ilə bağlı sosial siyasət: idarəetmədə yeni yanaşma

Sağlamlıq imkanları məhdud əhali ilə bağlı sosial siyasət: idarəetmədə yeni yanaşma

Müasir dövrdə sağlamlıq imkanları məhdud əhalinin sosial və iqtisadi durumunun təmin edilməsi, sağlamlıq problemlərinin həlli və onların cəmiyyətə inteqrasiyası ən aktual məsələlərdən biri kimi qarşıya çıxır. Dünyanın qabaqcıl dövlətlərində bu məsələdə nəzərə çarpan oxşar xüsusiyyətlərdən biri idarəetmə (menecment) ilə bağlıdır. Bu günə kimi Azərbaycanda sağlamlıq imkanları məhdud əhali ilə bağlı görülən işləri təqdirə layiq hesab etsək də, sosial siyasətdə mövcud idarəetmədə müəyyən dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən istifadəni vacib hesab edirik. Bu məqalədə Azərbaycanda sağlamlıq imkanları məhdud əhalidən məsul qurumun – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarəetmə sistemi nəzərdən keçiriləcək. Daha sonra isə dünya təcrübəsindən müxtəlif nümunələr barədə söz açılacaq. Sonda isə mövcud idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərinə dair məsləhətlər veriləcəkdir.

Tam mətni buradan yükləyə bilərsiniz

Leave A Comment