Şənbə sindromu: məzənnə güvənzisliyinin səbəbləri

Şənbə sindromu: məzənnə güvənzisliyinin səbəbləri

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən milli ödəniş sisteminin iştirakçılarına ünvanlanan bir bildiriş [Bax: şəkil 1] son 7 ay ərzində valyuta bazarlarında müşahidə edilən sirli sükutda sunami effekti yaratdı. Sıravi vətəndaşdan dövlət məmuruna, biznesmendən bank menecerlərinə hər kəs “Manat yenə devalvasiya edilirmi?” panikasına qapıldı. Halbuki, təxminən on gün əvvəl Mərkəzi Bankın sədri “Valyuta bazarı tarazlaşıb, manat sabitləşib” deyə fikir bildirmişdi . Bundan başqa yaranmış ictimai narahatlığı nəzərə alaraq Mərkəzi Bank bildirişə əlavə izah verərək sentyabr ayının son gününün şənbə gününə təsadüf etməsi və rəsmi hesablaşmaların tamamlanmasına ehtiyac arqumenti ilə əsaslandırdı . Normal halda bu açıqlama panikaya son qoymalı idi. Lakin, əldə etdiyimiz məlumatlardan aydın oldu ki, ötən üç gün ərzində valyuta bazarlarında xarici valyutaya tələb əhəmiyyətli səviyyədə artıb. Bu isə valyuta bazarlarında həssaslığın hələ də yüksək səviyyədə qalması deməkdir.

Tam mətni buradan yükləyin

Leave A Comment