Azərbaycan Respublikasında Xarici İnvestorlar Üçün Əlverişli Vergi Mühiti

Azərbaycan Respublikasında Xarici İnvestorlar Üçün Əlverişli Vergi Mühiti

Ölkədə sahibkarlığın inkişafına əlverişli biznes mühitin yaradılması, sahibkarlıq subyektlərinin dövlət orqanlarında qeydiyyata alınması proseslərinin asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli 2458 saylı Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatının aparılması Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə olunmuşdur. “Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 2-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 2 günə endirilmişdir. Bu sistemin tətbiqindən sonra qeydiyyatdan keçən fiziki və hüquqi şəxslərin sayı xeyli artmışdır.

Azərbaycan Dilində Tam Mətni Buradan Yükləyin

Download Full Text in English Here

Leave A Comment