Fiziki imkanları məhdud insanların həyat şəraitinin yaxşılaşdırılması məsələləri müzakirə edilib

Fiziki imkanları məhdud insanların həyat şəraitinin yaxşılaşdırılması məsələləri müzakirə edilib

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 25 noyabr 2017-ci il tarixində Marriott Hotelində Sosial Siyasətinin Dəyərləndirilməsi mövzusunda Milli Simpozium keçirib.

Tədbiri giriş sözü ilə CESD sədri Vüqar Bayramov açıb, iştirakçıları salamlayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Avropa İttifaqının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cənab Kestutis Jankauskas, BMT-nin Azərbaycandakı rezident koordinatoru Cənab Ghulam M.İsaczai çıxış edib, layihənin keçirilməsi və onun yekunlarına dair öz fikirlərini bölüşüblər.

Növbəti bölmələrdə tədbirin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin departament rəhbəri Saday Abdullayev, İSİM təmsilçiləri Rəşad Həsənov və Əhməd Əlili çıxış edib, layihənin nəticələrini şərh edib, Azərbaycanda sosial siyasət və islahatlar mövzusunda öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatları, parlament nümayəndələri, vətəndaş cəmiyyəti və media təmsilçilərinin iştirak edib

Sözügedən tədbirlər Gəncə, Samux, Goranboy və Şəmkir rayonlarında son iki ildə icra olunmaqla regiondakı fiziki məhdudiyyətli insanların həyat şəraitinin yaxşılaşdırılması, bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçilərinin imkanlarının artırılması, vətəndaş-icra hakimiyyətinin platformasının qurulması istiqamətində mühüm töhfələri olub.

Qeyd edək ki, layihə Avropa Birliyinin Bakı nümayəndəliyinin dəstəyi BMT İnkişaf Proqramı tərəfində idarə olunur.

Leave A Comment