Yeni sosial-iqtisadi çağırışlar fonunda Yerli özünüidarəetmə orqanlarının (bələdiyyələr) fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi

Yeni sosial-iqtisadi çağırışlar fonunda Yerli özünüidarəetmə orqanlarının (bələdiyyələr) fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi

Tədqiqat Azərbaycanda yerli özünüidarəetmə orqanı kimi çıxış edən bələdiyyələrin fəaliyyətində ictimai nəzarətin hazırkı vəziyyətinin təhlili, mövcud problemləri və gücləndirilməsi yolunda məsələlərə aydınlıq gətirir. Azərbaycanda yerli
özünüidarəetmə orqanlarının bərqərar olmasından, inkişaf tarixindən və onların fəaliyyətinin qanuni aspektlərindən və bələdiyyələrin effektivliyinin artırılması yönündən bir sıra ölkələrin yerli özünü idarəetmə mexanizmlərinə nəzər salaraq
ölkəmizdə bu istiqamətdə mövcud olan problemlər işıqlandırılmış və bu problemlərin həlli yolunda mümkün təkliflər verilmişdir.Azərbaycanda yerli özünüidarəetmə orqanlarının hesabatlılığı məsələsinə də toxunulmuşdur.Bələdiyyələrin hesabatlılığı haqqında bələdiyyələrin statusu haqqında qanunda öz əksini tapan müddəalarını ön tutaraq bu baxımdan hazırkı vəziyyət araşdırılmışdır.Bununla yanaşı bələdiyyələrin etik davranış kodeksi də araşdırılmışdır.Bələdiyyə üzvlərinin səlahiyyət çərçivələri məsələləri,onların yerli əhali ilə davranış normaları və bu kimi aidiyyati tərəflər incələnmişdir.Məqalənin əsas məqsəd olan bələdiyyələrin işinə ictimai nəzarət iki fərqli hissəyə bölünərək araşdırılmışdır.

Tam mətni buradan yükləyə bilərsiniz

Leave A Comment