Kredit faizlərini dövlət ödəyəcək

Kredit faizlərini dövlət ödəyəcək

Yeni yaradılan İpoteka və Kredit Zəmanət Fondu sahibkarların banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verəcək. Qeyd edim ki, bu Kredit Zəmanət Fondunun da funksiyasına daxil idi və bu təklifi hökumətə İqtisadi və Sosial İnkişaf Mərkəzi 2015-ci ildə təqdim etmişdi. Bu əslində sahibkarların kreditə əlçatanlığının artırılması üçün vacib məqamdır. Məsələn, kommersiya bankı 18 faizə kredit təklif edir. Bu kredit faizi yüksək olduğu üçün sahibkar üçün cəlbedici deyil. Mövcud qaydalara əsasən, sahibkara fonda müraciət etməklə faizin bir hissəsinin ödənilməsini istəyə bilər. Fond 18-in 8 faizinin subsidiya edə bilər. Nəticədə, sahibkar 18 faizlik kreditin yalnız 10 faizini ödəyir. Digər 8 faiz isə fond tərəfindən birbaşa banka ödənilir. Məsələn, 100 min manatlıq kredit 3 il müddətnə götürülübsə o zaman orta hesabla 18 min manatlıq faiz ödənişinin 10 min manatını sahibkar 8 min manatını isə dövlət ödəyir. Əgər kredit müddəti 3 ildən çoxdursa o zaman orta hesabıa 18 min manatlıq faiz ödənişinin yalnız 8 min manatını sahibkar ödəyəcək. Qaydalara əsasən, sahibkarın ödəyəcəyi faiz 6-dan az olmamalıdır. Belə subsidiyalaşmanın üstünlüyü ondan ibarətdir ki, bu bank kreditlərinə tələb yaratmaqla yanaşı prosesi şəffaflaşdırır. Qeyd edim ki, bu praktika əksər inkişaf etmiş ölkələrdə tətbiq edilir.

Leave A Comment