2018-ci ildə Azərbaycanda milli valyutanın məzənnəsi: Gözləntilər və çağırışlar

2018-ci ildə Azərbaycanda milli valyutanın məzənnəsi: Gözləntilər və çağırışlar

Milli valyutanın [manat] məzənnəsi 2018-ci ildə də Azərbaycanda sosial-iqtisadi dinamikanın əsas faktoru olaraq qalacaq. İl ərzində valyuta bazarlarında “manat”ın məzənnəsinə pozitiv təsir edəcək faktorların [neftin qiyməti, tədiyə balansı, fiskal siyasət, monetar siyasət, siyasi mühit və s.] daha güclü olacağı gözlənilir. Proqnozun tərtib edilməsi zamanı ilin 11 ayı ərzində siyasi faktorların əhəmiyyəti fonunda cari məzənnə siyasətində dəyişiklik riskləri nəzərə alınıb. Təhlil nəticəsində 2018-ci ilin yanvar-noyabr ayları ərzində neftin qiymətində kəskin ucuzlaşma olmayacağı halda milli valyutanın məzənnəsinin sabit qalacağı ehtimalı yüksək, cüzi faizlərlə möhkəmlənmə ehtimalı aşağı orta, ucuzlaşacağı ehtimalını isə az səviyyəsində proqnozlaşdırılıb. Sonrakı dövr üçün məzənnənin formalaşmasında siyasi faktorların təsiri zəifləyəcək, neftin qiyməti mühüm indikator olmaqla Mərkəzi Bankın mövqeyi əsas rol oynayacaqdır.

Tam mətni buradan yükləyə bilərsiniz

Leave A Comment