Mərkəzi Bankın uçot stavkasının azaldılması nə və edir?

Mərkəzi Bankın uçot stavkasının azaldılması nə və edir?

Mərkəzi Bank uçot stavkasını 15 faizdən 13 faizədək endirib. Güman olunur, uçot stavkasının azaldılmasl depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq. Bu isə o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondu da qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı sala bilər. Uçot stavkasının azaldılması iqtisad baxımdan kredit faizlərini də aşağı salmalıdır. Təbii ki, bu daha çox Mərkəzi Bankı hansı səviyyədə mərkəzləşdirilmiş kreditləri bölüşdürməsindən və bankların sağlamlaşdırılması üçün görülən işlərdən asılı olacaq. Son uçot stavkasının aşağı salınmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı Tajikstan istisna olunmaqla keçmiş sovet məkanında yenə də ən yüksə dərəcəyə malikdir. Belə ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Deməli, Mərkəzi Bankın 2018-ci ildə yenidən uçot stavkasında baxıb dərəcəni aşağı salmasına ehtiyac var. Ən əsası Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası azalan uçot stavkası fonunda kredit faizlərinin də aşağı düşməsinə nail olmağa çalışmalıdırlar.

Leave A Comment