Azərbaycanda özünüməşğulluq siyasətinin mövcud vəziyyəti və inkişaf perspektivləri

Azərbaycanda özünüməşğulluq siyasətinin mövcud vəziyyəti və inkişaf perspektivləri

XXI əsrdə dövlətin iqtisadi iştirakçılığının azalması, elm və texnologiyanın sürətli inkişafı və həyat standartlarının dəyişməsi işsizliklə mübarizənin alternativ mexanizmlərinin inkişaf etdirilməsi zərurəti yaradıb. Hazırda işsizlik problemi ilə mübarizədə effektiv mexanizmlərdən biri özünüməşğulluğun dəstəklənməsi hesab edilir. Baxmayaraq ki, hər-bir ölkənin özünüməşğulluq siyasətinin fərqli tərəfləri mövcuddur, ümumi hədəf fərdin özü üçün iş yeri yaratma imkanlarının, o cümlədən bacarıqlarının inkişaf etdirilməsidir. Özünüməşğulluğun inkişaf etdirilməsi üçün ilk təşəbbüslər Azərbaycanda təxminən 20 il əvvəl baş verib. 2016-cı ildən sonra isə bu istiqamətdə birbaşa dövlət iştirakçılığı təmin edilib. Tədqiqatın məqsədi Azərbayacan əhalisinin artım tempi, iqtisadi konyuktur, inkişaf dinamikası və əmək bazarının mövcud vəziyyəti nəzərə alınmaqla özünüməşğulluğu dəstəklənyən mexanizmlərin daha da inkişaf etdirilməsinin vacibliyini bir daha gündəmə gətirmək və təkmilləşdirilməsi imkanlarını üzə çıxarmaqdan ibarətdir…

Tam mətni buradan yükləyin

Leave A Comment