İyun dəqiqləşdirmələrindən sonra dövlət büdcəsi və fiskal siyasətə baxış

İyun dəqiqləşdirmələrindən sonra dövlət büdcəsi və fiskal siyasətə baxış

Proqnozlaşdırıldığı kimi iyun ayının 2-ci həftəsində hökumət dövlət büdcəsinə yenidən baxmaq və dəqiqləşdirmələr aparmaq təşəbbüsü ilə çıxış edib. Qeyd edək ki, xüsusi ilə dünya bazarlarında karbohidrogen məhsulların qiymətinin gözləntilərdən yüksək olması dövlət büdcəsinə yenidən baxılması üçün zəmin formalaşdırıb.
Hazırda ölkə ictimaiyyətini düşündürən əsas məqamları aşağıdakı kimi qruplaşdırmaq olar:
– Neft qiymətlərinin yüksəlməsi fiskal siyasətdə hansı dəyişiklərə yol açacaq?
– Neft gəlirlərinin xərclənmə sürəti artacaqmı?
– Büdcə xərcləmələri artırıldığı halda hansı funsional xərc istiqamətləri daha çox pay alacaq?
– Sosial xərclər (əməkhaqqı fondu, pensiya və sosial müavinatlar) artacaqmı?
və s. Onu da qeyd edək ki, dövlət büdcəsinə yenidən baxılması və dəqiqləşdirmələrin aparılması Azərbaycan təcrübəsində tez-tez rastlanan hal hesab edilir.
Qeyd edək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi Azərbaycanda mühüm sosial-iqtisadi prosesləri daim diqqət mərkəzində saxlayır. Bu tədqiqatda ictimailəşdirilmiş məlumatlar fonunda yuxarıda sadalanan sualları daha ətraflı cavablandırmağa çalışacağıq.

Tam faylı buradan yükləyin

Leave A Comment