Azərbaycanda yeni borc siyasəti: ümidlər, reallıqlar, risklər və perspektivlər

Azərbaycanda yeni borc siyasəti: ümidlər, reallıqlar, risklər və perspektivlər

2014-cü ilin ikinci yarısından etibarən Azərbaycan iqtisadiyyatı üçün yaranmış yeni çağırışlar fonunda dövlət borcu əhəmiyyətli səviyədə artıb. Bu müddət ərzində xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 8,6 faizdən (01.01.2015) 22,8 faizə (01.06.2018) yüksəlib. Nominal ifadədə artım isə 3,4 milyard ABŞ dolları həcmində olub. 2018-ci ilin əvvəlinə isə Azərbaycanın ümumi dövlət borcu 10 milyard 100 milyon ABŞ dolları, dövlət zəmanəti ilə götürülmüş kreditlərin həcmi isə 12 milyard 682 milyon ABŞ dolları olub. Beləliklə, qeyd edilən kateqoriyalar üzrə cəmi borcların həcmi 22.782 milyord dollardır ki, bu da ÜDM-un 55%-nə bərabərdir. Borc yükünün, xüsusi ilə də xarici borc öhdəliklərinin artması həm yerli ictimaiyyət və həm də hökumətdə narahatlığa səbəb olub. Xüsusi ilə də dövlət zəmanəti ilə borclanan dövlət qurumlarının maliyyə vəziyyətinin pisləşməsi bu kateqoriya borclar üzrə öhdəliklərin fiskal yükə çevrilməsi ehtimalını yüksəldib. Nəticədə 24.08.2018-ci il tarixində “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiqlənib. Strategiyanın təsdiqlənməsi problemi yenidən aktuallaşdırıb.

Tam Mətni Buradan Yükləyin

Leave A Comment