Yeni vergi islahatları nə vəd edir?

Yeni vergi islahatları nə vəd edir?

“2018–2020-ci illərdə Azərbaycan Respublikasinda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı”nda nəzərdə tutulan vergi dəyişiklikləri ilə bağlı son günlər mənə çoxlu müraciətlərin ünvanlandığını nəzərə alaraq sənəddə bu istiqamət üzrə nəzərdə tutulan fəaliyyətlərin şərhini təqdim edirəm.

Ən çox soruşulan məsələ təbii ki, sadələşdirilmiş vergi sisteminin ləğv edilib-edilməməsi ilə bağlıdır. Proqrama əsasən, sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və bu vergi dərəcəsinin diferensiallaşdırılması nəzərdə tutulur. Belə ki, sənədə görə Vergilər Nazirliyi sahibkarların sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçirəcək və müxtəlif sektorlar və ölçüsündən asılı olaraq onlar üçün mərhələli yanaşma planı tərtib ediləcək. Bu o deməkdir ki, sadələşdirilmiş vergi ödəyicilərinin mərhələli şəkildə differnsial vergi ödəyəcəsinə çevrilməsinə çalışılacaq. Sənəd birmənalı şəkildə sadələşdirilmiş vergi sistemin ləğv ediləcəyini vurğulamasa da differensial vergi sisteminə keçid xüsusi tədbir kimi nəzərdə tutulur. .Bu isə o deməkdir ki, bu tədbirlər reallaşarsa sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə ƏDV ödəyiciləri olacaqlar. Doğrudur, differensial ƏDV-ə keçid qiymətləndiriləndən sonra bununla bağlı qərar veriləcək. Əgər bu baş verərsə o zaman sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə differensial vergi ödəyicisinə çevriləcək. Deməli, müəyyən müddətdən sonra bütün sadələşdirilmiş vergi ödəyiciləri differensial ƏDV ödəyicilərinə çevrilə bilərlər. Proqrama əsasən, bu proses 2020-ci ildə yekunlaşmalıdır. Bu zaman sadəcə hansı sektorda deyil, eləcədə dövriyyə nəzərə alınmaqla differensial ƏDV ödəyiciləri müəyyənləşdiriləcək. Məsələn, ardıcıl 12 ay 150 min manat dövriyyəsi olan sahibkar indi 4 faiz sadələşdirilmiş vergi ödəyirsə ona dəyişikliklərdən sonra eyni faizlə, yəni 4 faiz, differensial ƏDV ödəmək təklif oluna bilər. Əslində biz təklif edirik ki, transformasiya bu meyarla həyata keçirilsin. Burada məqsəd isə sahibkarın vergi yükünü kəskin artırmadan vergi uçotunun təkmilləşdirilməsi və nağdsız ödənişlərn genişləndirilməsi ola bilər.

Proqramda Azərbaycanın ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aid olduğu bildirilir və digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilməsi təklif olunur. Bu isə o deməkdir ki, sektorlardan və dövriyyədən asılı olaraq differensial ƏDV-nin tətbiqi mümkündür və bu zaman prioritet və həssas sahələrdə daha aşağı fazli vergi tətbiq olunacaq. Qeyd edim ki, uzun illərdir differensial ƏDV-nin tətbiq edilməsini təklif etsək də bu istiqamətdə hələlik real addımlar atılmayıb. Məsələn, tədqiqatla məşğul alan sahibkarlıq subyekti “0” faizli ƏDV-ə, prioritet sektorlarda o cümlədən turizmdə fəaliyyət göstərən müəssisələr 18 deyil, 10 faizlə ƏDV-ə cəlb oluna bilər.

Uzun müddət müzakirələrə səbəb olan nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, mövcud qaydalara əsasən, ay ərzində sadələşdirilmiş vergi ödəyəiləri 15 min, dövriyyəsindən asılı olmayaraq ƏDV ödəyiciləri 30 min manat nağdlaşdıra bilərlər. Mövcud qaydalar xüsusən ƏDV ödəyicilərinin fəaliyyətlərini məhdudlaşdırır.
Proqram optimal vergi yükünün tətbiqini də nəzərdə tutur. Bu isə o deməkdir ki, bəzi vergi dərəcələrinə yenidən baxılıb azaldıla bilər. Sənəddə qeyd olunur ki, vergitutma mexanizminin sadələşdirilməsi imkanları araşdırılacaq və sahibkarlıq subyektlərinin fəaliyyətində yaranacaq vergi öhdəliklərinin öncədən müəyyən edilməsi və proqnozlaşdırılmasının asanlaşdırılmasına imkan verən, bütövlükdə könüllü əməletməyə stimullar yaradan daha təkmil vergi strukturu və optimal vergi yükü formalaşdırılması məqsədilə təkliflər hazırlanacaqdır.

Sənədə əsasən, vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması E-auditin çərçivəsinin genişləndirilməsi, elektron mühasibatlıq sisteminin təkmilləşdirilməsi və e-audit fəaliyyətinin tezliyinin artırılması nəzərdən keçiriləcək. Bu isə o deməkdir ki, elektron audit sisteminin tətbiqin imkanlarının genişləndirilməsi həyata keçirilə bilər.

Vergi systemi ilə bağlı digər fəaliyyət “Vahid Mühasibatlıq Sistemi”nin tətbiq edilməsidir. Sənədə əsasən, bütün vergi ödəyicilərinin “Vahid Mühasibatlıq Sistemi”nə keçidi imkanları təhlil ediləcək, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcəkdir. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaqdır. Bu isə o deməkdir ki, kiçik və orta müəssisələr sözügedən sistemə mərhələli şəkildə keçəcək və onlar üçün ayrıca miqrasiya tədbirləri reallaşacaq.

Vüqar Bayramov
İqtisadçı alim

Leave A Comment