Azərbaycan təşkilatı BMT çərçivəsində yeni qurumunun təsisçilərindən oldu

Azərbaycan təşkilatı BMT çərçivəsində yeni qurumunun təsisçilərindən oldu

Bu gün Taylandın paytaxtı Banqkokda BMT-nin təşəbbüsü ilə Asiya-Sakit Okean Enerji Beyin Mərkəzlərinin Şəbəkəsinin (APNETT) yaradılması rəsmi olaraq bəyan olunub. Şəbəkənin əsas məqsədi multidisiplinar enerji ekspertizanın region üzrə şaxələnməsinə nail olmaqdır. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) BMT tərəfindən şəbəkənin yaradılmasına və eləcə də onun təsisçısılərindən biri olmağa dəvət olunan post-sovet məkanından yeganə beyin mərkəzidir.

Bu haqda hazırda Banqkokda olan CESD-nin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib. O deyib ki, BMT-nin dəstəklədiyi qurumun yaradıcılarından olmaq bizim qürurvericidir. Enerji, xüsusən də neft bazarındakı volatillik fonunda qlobal beyin mərkəzlərinin ıəsmi qurum çərçivəsində bir araya gəlməsi bu sahədəki proqnozlaşdırmaların sadəcə hökumətlərdən asılı olmadığını bir daha göstərir. Qlobal proseslərə beyin mərkəzlərinin təsiri gücləndirməkdədir və proses dünyanın aparıcı qurumları tərəfindən dəstəklənir.

İqtisadçı alim əlavə edib ki, alyans dayanıqlı enerji inkişafı üzrə birgə tədqiqatlar aparacaq və region ölkələrinin hökumətlərinə mütəmadi olaraq təkliflər paketləri təqdim edəcək. Bu baxımdan yeni yaradılan qurum regional enerji proqramlarının daha səmərəli implimentasiyası, bu sahədə fəaliyyət göstərən regional və yerli qurumlar bilik və imkanlarının artırılması, regionu təmsil edən hökumət nümayəndələri, tədqiqatçılar ilə birgə görüşlərinin keçirilməsini reallaşdıracaq. Alyansın ofisi BMT-nin Asiya və Sakit Ökean ölkələr üzrə İqtiadi və Sosial Komissiyasının yanında Banqkok şəhərində fəaliyyət göstərəcək və ildə 2 dəfə təsisçilərin ümumi yığıncaqları təşkil ediləcək.

CESD ilə yanaşı Avstraliya, Yaponiya, Çin, İndoneziya, Malaziya, Sinqapur, Pakistan və eləcə ABŞ və İsveçi təmsil edən beyin mərkəzləri BMT-nin dəvəti ilə şəbəkənin təsisçiləri olublar. CESD regional şəbəkənin formalaşından iştirak edən 10 qlobal beyin mərkəzindən biridir. Gələcəkdə alyansın genişləndirilməsi və bu sahədə uyğun təcrübəsi olan güclü beyin mərkəzlərinin tədqiqatlara cəlb edilməsi nəzərdə tutulur. Qeyd edim ki, son 10 ildə Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilən CESD BMT tərəfindən dünyanın enerji üzrə aparıcı beyin mərkəzlərindən biri kimi tanınır.

Leave A Comment