Elm xərcləri niyə azdır?

Elm xərcləri niyə azdır?

2020-ci ilin dövlət büdəcəsində elm xərcləri üçün 193.7 milyon manat nəzərdə tutulub. Bu o deməkdir ki, gələn il elm xərcləri 26,913 milyard manatlıq dövlət büdcəsi xərclərinin 1 faizindən də az olacaq. Dövlət büdcəsində elm xərclərinin payının az olması hər zaman müzakirə edilən məsələlərdəndir. Məsələ ondadır ki, büdcəyə daha az vəsaitin ayrılması qlobal impact jurnallarda çap edilən Azərbaycan alimlərinin elmi məqalələrinin sayına təsir göstərməkdədir. Belə ki, beynəlxalq “Scimago Journal & Country Rank” şirkətinin qiymətləndirilməsinə görə, elmi impact məqalələrin sayına görə Azərbaycan dünyada 92-ci yerdədir. Qonşu Gürcüstan bizdən 10 pillə öndədir. Rusiya 13, Ukrayna 42, Belarus 66, Qazaxıstan 76-cı yerləri bölüşürlər. Göründüyü kimi, əksər MDB ölkələri müqayisədə aparıcı elmi jurnallarda daha az elmi məqalələrimiz çap olunur. Bu baxımdam, elm xərclərinin məbləğinə baxılması və xüsusən də impact jurnallarda çap olunmaq üçün təşviqedici metodlardan istfadə olunmalıdır. Doğrudur, bəzi yerli uiversitetelər, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qlobal jurnallarda elmi məqalələri çap edilən əməkdaşlarına əlavə stimullaşdırıcı ödəniş edir. Bu pozitiv haldır. Amma dövlət büdcəsi hesabına da xarici elmi məqalələr çapının təşviq edilməsinə ehtiyac var. Bunun üçün isə elm xərclərinin məbləğinin ünvanlı şəkildə artırılmasına ehtiyac var. Unutmayaq ki, ölkənin dayanıqlı inkişafı həm də və əslində daha çox elmin inkişafından keçir.

Leave A Comment