2012-ci ilin büdcəsi İSİM ekspertlərinin gözü ilə

2012-ci ilin  büdcəsi İSİM ekspertlərinin gözü ilə

2012-ci ilin büdcə layihəsi parlamentin müzakirəsinə  oktyabrın ikinci yarısında təqdim ediləcək.

Hələlik isə büdcənin ictimai müzakirəsi prosesi gedır. Gələn ilin büdcə xərcləri ən çox diqqəti çəkən məqamlardan biridir. Belə ki, 2012-ci ilin  büdcə xərcləri 17,0 milyard manat həcmində proqnozlaşdırılıb. Gəlirləri isə 16,4 milyard manat təşkil edəcək. Büdcə xərcləri ümumi daxili məhsulun (ÜDM) 37,8 faizi, xərcləri 39,1 faizi həcmində olacaq. Yeri gəlmişkən, 2012-ci ilin icmal büdcəsinin gəlirləri  18 220,3  mln.manat (2011-ci ilə nisbətən 176,2 mln manat və ya 8,8 faiz az), xərcləri 20 026,4 mln. manat (2011-ci ilə nisbətən 7,6 faiz çox), kəsiri 1 806,1 mln manat planlaşdırılıb. Eyni zamanda büdcədə 2012-ci ilin neft gəlirləri 1 barel üçün 80  ABŞ dolları ilə, manatın məzənnəsi 0,79 manat, ölkədə orta aylıq əməkhaqqı 432 ,5 manat, illik inflyasiya 6 faiz  həcmində  dəyərləndirilib.

Qeyri-neft sektorunun payı icmal büdcənin kəsirindən cəmi 1,5 milyard manat çoxdur.

Büdcə layihəsini şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri bildirir ki, hər il olduğu kimi  gələn il də neft sektorunun büdcədəki payı dominant olacaq: “Maliyyə Nazirliyinin açıqlamasına görə, büdcə gəlirlərinin 12 milyard manatı (73.2 faizi) neft , 4,4 milyard manatı (26,8) qeyri-neft sektoru üzrə daxilolmaların payına düşür. Lakin  Dövlət Neft Fondunun, eləcə də Dövlət Neft Şirkətinin ödənişlərini nəzərə alsaq büdcədə neft sektorunun payı təxminən 80 faizə yaxındır. Dövlət büdcəsində qeyri-neft sektorunun payı 3 milyard 287 milyon manatdır.Praktiki dövlət büdcəsində qeyri-neft sektorunun payı icmal büdcənin kəsirindən 1,5 milyard manat çoxdur. Kəsirlə qeyri-neft büdcəsinin məbləğinin  müqayisəsi  2012-ci ildə də büdcənin neft sektorundan asılılığının davam edəcəyini göstərir. Digər tərəfdən  qeyri-neft sektorunun payının icmal büdcənin kəsirindən cəmi 1,5 milyard manat çox olması kifayət qədər riskli, narahatçılıq doğuran məqamdır. Bu büdcə gəlirlərinin formalaşmasının dayanıqlı olmaması deməkdir”.

Neft Fondundan transfertlər büdcə  gəlirlərinin formalaşmasında həlledici rol oynayacaq

Ekspertlər qeyd edir ki, 2012-ci il üçün icmal büdcənin gəlir və xərclərinin kəskin artırılması Azərbaycanda büdcə gəlirlərinin və xərclərinin iqtisadiyyatın vəsaitlər tələbi aspektindən qiymətləndirilməməsindən xəbər verir: “İcmal büdcənin, eləcə də dövlət büdcəsinin  gəlir və xərclərinin kəskin artımına gedilməsi iqtisadi baxımdan arzuolunan deyil. Bu növbəti illərdə büdcənin formalaşması istiqamətində  problemlərin yaşanmasına gətirib çıxara bilər.  Neft Fondu 2012-ci ildə də büdcə gəlirlərinin formalaşmasında əsas mənbə olaraq çıxış edəcək. Büdcənin gəlirlərinin 60 faizindən artığı fondun transfertləri hesabına rhəyata keçiriləcək. 2012-ci ildə dövlət dübcəsinə 9,9 milyard manat vəsaitin transfert edilməsi nəzərdə tutulub”.

Mütəxəssislərin müqayisəli təhlillərinə görə, gələn il fonddan büdcəyə 12,5 milyard dollar vəsait transfert ediləcək ki, bu da  Ermənistanla Gürcüstanın birgə büdcəsindən təxminən 2 dəfə çox olacaq.: “ Transfertlərin büdcənin gəlirlərinin formalaşmasında həlledici rol oynaması fondun yaradılması prinsiplərinə ziddir. Bütün hallarda Neft Fondunun yaradılmasının əsas fəlsəfəsi  neft gəlirlərinin büdcə gəlirləri daxilində xərclənməsinin qarşısını almaq,  neft gəlirlərinin xərclənməsi ilə bağlı müstəqil siyasətə malik olmaqdır”.

2012-ci ildə Mərkəzi Bank  valyuta siyasətini nisbətən yumşaldacaq

Bununla belə İSİM mütəxəssisləri 2012-ci ilin büdcəsində  neftin dünya bazar qiymətinin 80 dollardan nəzərdə tutulmasını müsbəq qiymətləndirirlər: “2012-ci il üçün neftin dunya bazar qiyməti ilə bağlı proqnozlar nibkindir. Gələn il Azərbaycan neftinin dünya bazar qiyməti 100-80 dollar intervalında dəyişəcək. Bu neft sektorundan büdcəyə ayırmaların nəzərdə tutlan həcmdə yerinə yetirilməsinə imkan verəcək. 2012-ci ildə manatın dollara nəzərən məzənnəsi  yumuşalacaq. 1 ABŞ dolları 0,79 manat kursunun  proqnozlaşdırılması 2011-ci ilə nisbətən dolların manata nisbətən məzənnəsinin möhkəmlənməsi Mərkəzi Bankın valyuta siyasətinin nisbətən yumşalması anlamına gəlir.

Büdcə  sosialyönümlü yox, investisiyayönümlüdür

2012-ci ilin büdcəsində investisiya xərcləri əvvəlki ilə nisbətən 1,5 faiz azaldılsa da yenə də bu istiqamətdə xərclərin payı böyükdür: “Gələn il investisiya xərclərinə 5,8 milyard manat, ümumən sosialyönümlü xərclərə 4,7 milyard manat vəsait yönəldiləcək. Bu büdcənini sosialyönümlü deyil, investisiyayönümlü olacağını göstərir.  İnfrastrukturun qurulması, inkişaf etdirilməsi müsbət hal olsa da il ərzində böyük vəsaitlərin investisiyaya xərclərinə yönəldilməsi iqtisadi baxımdan doğru deyil . Büdcədən  bu istiqamətə ayrılan vəsaitlər nəinki illər üzrə atmalı,  hər il əvvəlki ilə nisbətən azaldılmalıdır. Bu bütün ölkələrin təcrübələrində belədir. Digər tərəfdən adətən keçid dövrü iqtisadiyyatına malik ölkələr daha çox investisiya xərclərinə diqqət ayırırlar. Sonrakı mərhələdə sosial xərclər üstünlük təşkil edir. Azərbaycanın rəsmi olaraq keçid dövrünü başa vurduğunu  nəzərə alsaq investisiya xərclərinin hələ də yüksək olması başadüşülən  deyil.

Xarici kreditlər hesabina maliyələşən layihələr yenə də büdcəyə daxil edilib

ISİM iqtisadçıları  büdcə sistemində bu ənənin 2010-cu ildən başladığını vurğulayırlar: “2010-cu il üzrə dövlət əsaslı vəsait qoyuluşlarının strukturunda mühüm bir dəyişiklik baş verdi. Bu dəyişiklik, ilk dəfə olaraq xarici kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin də dövlət büdcəsinə, o cümlədən dövlət əsaslı investisiya qoyuluşlarının məbləğinə daxil edilməsi idir. Başqa sözlə desək, nəzərdə tutulan 3549 mln. manat dövlət əsaslı vəsait qoyuluşunun 701,4 mln. manatı xarici kreditlər hesabına həyata keçirilən investisiya layihələrinin payına düşürdü. Gələn ilin icmal büdcəsi ilə bağlı da analoji addım atılıb. İcmal büdcəyə xarixi kreditlər hesabına maliyyələşdirilən layihələr üzrə xərclər daxil edilib. Həmin xərclər 1 472,6 mln manat nəzərdə tutulub. Bu da 2011-ci ilin göstəricisindən 283, 6 mln manat və ya 23,9 faiz, 2010-cu ilin icrasına nisbətən 2.7 dəfə çoxdur”.

Vergi ödənişlərinin büdcədə payı azalıb.

Ekspertlər 2012-ci ildə vergi ödənişlərinin əvvəlki illərlə müqayisədə büdcədə payının  kiçik olacağına da diqqəti çəkir. Onların sözlərinə görə,  gələn il Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5, 3 milyard manat vəsaitin daxil olması planlaşdırılıb.: “Yəni nazirliyin büdcəyə ödənişləri 32, 5 təşkil edəcək. Dövlət Gömrük Komitəsinin ödənişlərini də nəzərə aldıqda iki qurumun bütövlükdə büdcəyə töhfəsi  40 faizdən az təşkil edəcək. Halbuki beynəlxalq standartlarda vergi ödənişlərinin  büdcədə payı 80 faizdən aşağı olmur. Azərbaycanda vergi ödənişlərinin büdcədə payı  beynəlxalq standartlardan  2 dəfə geri qalır.

Səhiyyə xərcləri beynəlxalq standartlardan 5 dəfə geri qalır

Növbəti ilin büdcəsində diqqəti çəkən məqamlardan biri də təhsil və səhiyyə xərcləridir. Mütəxəssislər deyir ki, bu istiqamətdə xərclər artırılsa da hər iki sektorun büdcədə və ümumi daxili məhsulda payı geri qalır. Belə ki, 2012-ci ildə təhsil xətcləri üçün 1,6 milyard manat, ayrılması planlaşdırılıb. Bu da 2011-ci illə müqayisədə 176 milyoin manat çoxdur: “Təhsil xərclərinin büdcədə payı 9,3 faizdir. Kifayət qədər kiçik rəqəm olmaqla yanaşı təhsilin ümumi daxili məhsuldadı payının 1 rəqəmlə ifadə  edilməsi deməkdir. Büdcədə təhsil xərcləri ardıcıl və planlı artırılmır. Eyni problem səhiyyə xərclərində də müşahidə olunur. 2012-ci ildə səhiyyəyə 59,1 milyon manat ayrılacaq. Hansıki bu büdcə xərclərinin cəmi 3,5 faizidir. Səhiyyə xərcləri beynəlxalq standartlardan 5 dəfə geri qalır”.

2012-ci ildə ciddi əməkhaqqı və pensiya artımları proqnozlaşdırılmır

Sosial müdafiə-təminat xərclərinə gəlincə, ekspertlər 2011-ci illə müqayisədə bu istiqamətdə xərclərdə 169,8 milyon manat artımın baş verdiyini qeyd edirlər: “Buna baxmayaraq,  büdcədə sözügedən xərclərin  payı cəmi 10 faiz təşkil edir. Deməli, 2012-ci ildə ciddi əməkhaqqı və pensiya artımları proqnozlaşdırılmır. Orta aylıq əməkhaqqı 432 manat  planlaşdırılsa da, bu artım dövlət büdcəsindən maliyyələşən təşkilatlarda deyil, özəl sektorda çalışanların hesabına həyata keçiriləcək.

İnflyasiya 6 faizdən yüksək olacaq

İSİM ekspertlərinin fikrincə, 2012-ci il üçün inflyasiya proqnozu büdcə xərclərinin artım tempinə uyğun deyil: “2012-ci ildə büdcə xərclərinin kəskin artımına baxmayaraq inflyasiyanın 6 faiz proqnozlaşdırılması da real görsənmir. Praktiki Benəlxalq Valyuta Fondunun və  digər beynəlxalq maliyyə qurumlarının proqnozlarında inflyasiya səviyyəsi yüksək göstərilir. 2011-ci il üçün inflyasiya səviyyəsi 1 rəqəmli hədəflənsə də real inflyasiya səviyyəsinin 2 rəqəmli olacağı qaçılmazdır. 2012-ci ildə proqnozlaşdırılan 1 rəqəmli inflyasiya göstəricisinə nail olmaq mümkün olmayacaq”

Dövlət borcları eləcə də xarici borclar büdcənin əsas problemlərindən birinə çevrilməkdədir

Düdcə xəzrclərində diqqəti çəkən məqüamlardan biri də dövlət və xarici borclara ayrılan vəsaitdir.Mütəxəssislərə görə, dövlət, eləcə də xarici borclar büdcənin əsas problemlərindən birinə çevrilməkdədir:” 2012-ci ildə dövlət borclarına xidmətə 362,2  mln manat  vəsaitin  yönəldilib. Bu rəqəm  2011-ci illə müqayisədə 4.5 faiz və ya 15,7 milyon manat çoxdur. O cümlədən dövlətin xarici borclarına xidmətlə bağlı xərcləri 235,9 mln. manat (2011-cu illə müqayisədə 9,7 milyon manat, 4,3 faiz çox ) təşkil edir”.

Leave A Comment