20 ildir müstəqil olan Cənubi Qafqaz ölkələrinin iqtisadi fərqlilikləri

20 ildir müstəqil olan Cənubi Qafqaz ölkələrinin iqtisadi fərqlilikləri

“Müstəqilliklərinin 20 illiyini qeyd edən Cənubi qafqaz ölkələri Azərbaycan istisna olmaqla iqtisadi inkişaf baxımından ciddi uğur əldə etməyiblər”.Bunu Iqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Rəşad Həsənov Cənubi Qafqaz ölkələri üzrə iqtisadi göstəriciləri təhlil edərkən bildirib. İqtisadçının sözlərinə görə,  əgər 1990-cı ildə Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 2,2 milyard dollar idisə, 2010-cu il 9,8 milyard dollar olub: “Göstərilən ildə Gürcüstanın ümumi daxili məhsulu 8,5 milyard dollar təşkil edib. Bununla da Cənubi Qafqazda 50% paya sahib olub. Maraqlıdır ki, 2010-cu il üçün bu göstərici 11,7 milyard dollar və ya 16% təşkil edib. Göründüyü kimi,  ötən 20 il ərzində əhalinin artımını,dolların alıcılıq qabiliyyətini itirməsini nəzərə alsaq, deməli adıçəkilən ölkələrdə artım baş verməyib.  Azərbaycanda isə iqtisadi  vəziyyət  tamamilə fərqlidir. Çünki, müstəqilliyini əldə etdikdən qısa müddət sonra ölkə sürətlə neft və qaz ixracatçısına cevrildi. Bu da 1990-cı il üçün ümumi daxili məhsulu 6,5 milyard dollar olan Azərbaycanın Cənubi Qafqazdakı 35%-lik payının  75%-ə və yaxud 52 milyard dollara qədər artmasına gətirib cıxarıb”.

Təkcə bu il işsizlik səbəbindən 86 min nəfər  Ermənistanı  tərk edib

R.Həsənov bildirib ki, Qafqaz ölkələrində  ümumi və fərdi xarakterli iqtisadi problemlər mövcuddur: “Ümumi problemlər sırasına SSRİ-nin dağılması ilə qırılmış iqtisadi bağlar, həll edilməmiş dövlətlər arası münaqişələr, inzibati amirlik metodu ilə idarə edilən iqtisadi sistemin azad bazar munasibəti ilə əvəzlənməsində yaranan cətinliklər və sair aiddir. Azərbaycan ərazilərini işğal etməsi Ermənistanı 1993-cu ildə Türkiyənin iqtisadi embarqosu ilə üz-üzə qoyub. Faktiki Ermənistan iqtisadiyatı ən böyük qonşusunun bazarından məhrumdur. Digər tərəfdən  Qarabağda yeni bir müharibənin başlaması ehtimalı investisiya qoyuluşlarinı əngəlləyir. Eyni zamanda Ermənistan regional layihələrdə Azərbaycanın haqlı etirazı səbəbindən iştirak edə bilmir. Nəticədə ölkənin beynəlxalq əhəmiyətliliyi azalır və transport dividentlərindən məhrum olur.  Ermənistanda rəqabətqabiliyyətli istehsalın olmaması 3,2 milyard dollar  idxala qarşıliq 1,1 milyard dollar ixraca gətirib çıxarıb.  İşsizlik rəsmi olaraq 7,1% göstərilsə də faktiki iş qabiliyyətli ermənilərin 35%-40%-i ya tamamilə işləmir ya da təminatsız yerlərdə işləyir. Nəticədə işqabiliyyətli insanlarin coxu Ermənistanı  geri dönməmək şərti ilə tərk edib. Təkcə  2010-cu ildə işsizlik səbəbindən 86 min nəfər ölkədən  gedib.  Onu da qeyd etmək lazimdir ki, Ermənistan  Cənubi Qafqazda 238 dollar orta aylıq əmək haqqı ilə sosial problemlərin ən qabarıq olduğu cəmiyyətə sahibdir”.

Biznes mühitini liberallaşdıran Gürcüstana xarici investisiyalar çoxalıb

Ekspert Gürcüstanda adambaşına düşən ümumi daxili məhsulun 5035 dollar  təşkil etdiyini deyir: “Gürcüstanda istehsalın əsasını  kənd təsərüfatı və metal emalı sənayesi təşkil edir. Hazırda bu sahələrdə durğunluq mövcuddur. Lakin Gürcüstan  biznes mühitini liberallaşdırmaqla xarici investisiyaların axınını təşkil edib. Bunun nəticəsində xidmət sahəsi sürətlə irəliləyir, ölkə tranzit layihələrin mərkəzinə cevrilib”.

İqtisadçı qeyd edir ki, 2008-ci il Rusiya ilə baş verən müharibə Gürcüstan üçün humanitar cətinliklərlə yanaşı ağır iqtisadi problemlər də yaradib: “Rusiyanın idxala qadağa qoyması ilə Gürcüstan ən böyük ixrac bazarını itirib”.

Cənubi Qafqazda ən iri iqtisadiyata malik Azərbaycanda əhalinin həyat səviyyəsi qonşularından  fərqlənmir

Məlum olur ki, hazırda, Azərbaycan  Cənubi Qafqazda ən iri iqtisadiyata malikdir: “İqtisadi inkişafın böyük həcmdə neft və qaz sənayesinin  payına düşməsi Azərbaycanın  bir tərəfli inkişafını şərtləndirir. Bu da gələcəkdə baş verəcək ciddi böhranın qacılmazlığından xəbər verir. Ümumi daxili məhsulda neft və qaz sektorunun payı 55%-i kecir. Nəticədə ölkəyə daxil olan vəsaitlərin çoxluğu infilyasiyanı sürətləndirir. Orta aylıq  əməkhaqqının 460 dollar olmasına baxmayaraq, əhalinin həyat səviyyəsi qonşu ölkələrdən cox da fərqlənmir”.

R.Həsənovun sözlərinə görə, yeraltı sərvətlər Azərbaycanı geostrateji layihələrin region üzrə tək iştirakçısı etsə də, gəlirin  bir hissəsi infilyasiyanın qurbanına cevrilir: “Eyni zamanda nəzərə alsaq ki, neft sektoru əməktutumlu sahə deyil, burada calışanların sayı 36,5 min nəfər olmaqla 0,8%-dir, deməli, ölkədə mövcud işsizliyin əsas səbəbini aydinlaşdırmiş oluruq. Kənt təsərüfatı isə ölkə iqtisadiyyatının ən geridə qalmış sahəsi hesab olunur. Buna səbəb kimi ölkə ərazisinin 20%-nin işğal altında olması və daha cox qayğı tələb etməsidir. Əhalinin 38,3%-i bu sektorda calışsa da ÜDM-dəki payı 8,2%-lə məhdudlaşır. Həmçinin xidmət sahəsində də oxşar problem mövcuddur. Xidmət sektorunun  ÜDM-də  payı 34,8% olsa da işqabiliyyətli əhalinin 50%-i bu sahədə işləyir. Əhalinin 88%-nin kənd təsərüfatı və xidmət sektorunda calışması ölkədə yoxsulluğun səviyyəsinin yüksək olmasının əsas səbəblərindəndir”.

Leave A Comment