Dünya Bankı Bizneslə məşğul Olmaq Hesabatını Açıqladı

Dünya Bankı Bizneslə məşğul Olmaq Hesabatını Açıqladı

Vüqar Bayramov: “Tikinti və komunal sektorlardakı və eləcə də xaric ticarətdəki süründürməçilik Azərbaycanın hesabatda mövqeyinin ciddi dəyişməsinə imkan vermir”

Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Biznesin idarə edilməsi – 2012: Daha şəffaf dünyada biznesin idarə edilməsi”(Doing business in amore transparent world) reytinqində 66-cı yeri tutub
Xatırladaq ki, Azərbaycan Doing Business– 2011 hesabatında 69-cu yeri tutmuşdu.
Doing Business saytında dərc edilmiş hesabata əsasən Azərbaycan bir sıra indikatorlar üzrə qlobal reytinqdə öz yerini yaxşılaşdırıb. Həmçinin, “müqavilələrin icrası” indikatoru üzrə reytinqdə Azərbaycan 25-ci, mülkiyyətin qeydiyyatı üzrə 9, vergilərin ödənişləri 81, beynəlxalq ticarətin aparması üzrə 170-ci yeri tutur.”Tikintiyə icazələrin alınması” indikatoru üzrə Azərbaycan 172-ci, “biznesin başlanması” indikatoru üzrə 18-ci, “kreditlərin alınması” üzrə 48, investorların hüquqlarının müdafiəsi üzrə 24, biznesin bağlanması üzrə 95, “elektrik enerjisinin alınması üzrə 173-cü yeri tutur. Onu da qeyd edək ki, bu ilki məruzəyə 2010-cu ilin iyunundan 2011-ci ilin mayına qədər normativ dəyişikliklər daxildir.
Hesabata münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov  “Biznesin idarə edilməsi – 2012: Daha şəffaf dünyada biznesin idarə edilməsi” reytinqində əvvəlki ilə nisbətən Azərbaycanın yerinin 3 pillə irəlilədiyini  deyir: “Azərbaycan 183 ölkə arasında 66-cı yerdə qərarlaşıb. 2008-ci ildən başlayaraq  “Biznesin idarə edilməsi”  reytinqində Azərbaycanın yerinin yaxşılaşması müşahidə olunur. Azərbaycanın  “Biznesin idarə edilməsi – 2012 reytinqində  tutuduğu yer orta qiymətləndirilsə  bir sıra göstəricilər üzrə tutduğu yer diqqət çəkir.  Məsələn, “Biznesin idarə edilməsi – 2012 hesabatına görə Azərbaycan “Tikintiyə icazələrin alınması” indikatoru üzrə 183 ölkə arasında 172-ci yerdə qərarlaşıb.Tikintiyə lisenziya almaq üçün tələb edilən günlərin sayı 212 gün göstərilib.  Bisneslə məşğul olmaq üçün “elektrik enerjisinin alınması üzrə ölkənin yeri 173-cüdür. Elektrik enerjisinin alınması üçün 241 gün tələb edilir. Digər göstəricilər, xüsusən sərhədlərarası ticarətə görə Azərbaycan 170-ci, biznesdə mübahisələrin  həllinə görə 95-ci, vergilərin ödənilməsinə görə 81-ci yerdə qiymətləndirilib”.

İqtisadçı bir sıra Avropa ölkələri ilə müqayisədə bəzi göstəricilər üzrə  Azərbaycanın tutuduğu yerin müsbət hesab edildiyini  vüurğuladı: “Məsələn, biznesə başlamaq  reytinqinə görə Azərbaycan 183 ölkə arasında 18-cidir.Ölkədə biznesə başlamaq üçün  6 prosedur tələb edilir. Günlərin sayı 8 , biznesə başlamaq üçün tələb edilən xərc adambaşına düşən  kapitalın 2,7 fazini təşkil edir. Bu zaman minimum kapital tələb olunmur”.

V.Bayramov qeyd edir ki, tikintiyə başlamaq və “elektrik enerjisinin alınması üzrə günlərin sayının  çoxluğu Azərbaycanın mövqeyinə təsir edir.Tikinti sektorunda lisenziyaların sadələşdirilməsi , tikintiyə başlamaq məqsədilə günlərin sayının azaldılması məsələsi dəfələrlə gündəmə gətirilib.  Amma problemin həlli istiqamətində addımlar atılmayıb”.

Məlum olur ki, Biznesin idarə edilməsi – 2012 hesabatında keçmiş SSR ölkələri arasında ən yaxşı göstəriciyə Gürcüstan malikdir: “Gürcüstan hesabatda 16-cı yerdə qərarlaşıb. Hansıki  ötən ilki hesabatda 17-ci yerdə idi.Keçmiş ittifaq respublikaları arasında ikinci yeri Latviya(21 ci yerdə)  paylaşıb. Estoniya 24, Litva 27-ci  yerdədir.Praktiki keçmiş SSR dövlətləri arasında ilk dördlüyü Baltikyani ölkələr paylaşır”.

İqtisadçı Biznesin idarə edilməsi – 2012 hesabatında Qazaxıstanın 47-ci yerdə qiymətləndirildiyini deyir: “Ötən il bu göstərici 58 idi.Ermənistan adı hesabatda 55-ci sıradadır.  Xatırladaq ötən il Ermənistan 61-ci yerdə idi. Keçmiş SSR ölkələri arasında geriləyən ölkə Qırğızıstandır. Ötən il 67-ci yerdə qərarlaşan Qırğızıstan  bu dəfəki hesabatda 70-cidir. Hesabata görə  MDB ölkələri arasında pis vəziyyət Moldova, Rusiya və Ukraynadadır. Baxmayaraq Moldova əvvəlki illə müqayisədə 18 pillə irəliləyərək 99-ci pillədən 81-ci pilləyə qədər yüksəlib. Rusiya isə 124-cü yerdən 4 pillə  enərək 120-ci yerdə qiymətləndirilib.  Ukrayna əksinə 149-cu pillədən 152-ci pilləyə qədər geriləyib. MDB ölkələri arasında nə pis göstərici Özbəkistandadır. Belə ki,   Özbəkistan isə 164-cü pillədən 166-cı pilləyə qədər geriləyib.Bütün bunları nəzərə aldıqda hesabatda Azərbaycanın yeri orta yer kimi qiymətləndirilməlidir Lakin Azərbaycan Gürcüstan, Qazaxıstan və Ermənistana uduzur”.

Ekspert hesabatda Azərbaycanın bizneslə məşğul olmaq səviyyəsinə görə Qafqazda sonuncu ölkə kimi qiymətləndirildiyini vurğulayır: “Lakin bu meyar üzrə Azərbaycan daha yaxşı yerdə qiymətləndirilib”.

Leave A Comment