İtaliya mətbuatı Vüqar Bayramovn müsahibəsini yayımlayıb

İtaliya mətbuatı Vüqar Bayramovn müsahibəsini yayımlayıb

Vüqar Bayramov: “Bir sıra məsələlərdə Rusiyanın regiona təsiri Qərbə nisbətən daha çoxdur”

İtaliyanın aparıcı mətbu orqanları azərbaycanlı iqtisadçı Vüqar Bayramovun geniş müsahibəsini yayımlayıb. Müsahibə bildirilir ki, Amerika təhsilli V.Bayramov Azərbaycanın ən yaxşı gənc iqtisadçısı kimi ötən il ABŞ-ın Vaşinqton Universiteti tərəfindən hazırlanan “Dünyanın ən nüfuzlu 500 müsəlmanı” siyahısına daxil edilib. O Azərbaycanın ən nüfuzlu iqtisadi beyin mərkəzinə rəhbərlik edir.

Müsahibəsində Azərbaycan iqtisadiyyatını xarakterizə edən V.Bayramov ölkənin əsas iqtisadi problemi kimi neftdən asıllığını önə çəkib. Bildirib ki, Azərbaycan  büdcəsində qeyri-neft sektorunun töhvəsi 5 milyard dollardan bir az artıqdır. Bu isə qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi addımların atılmasını qaçılmaz edir.

İqtisadçı  ölkədə gəlirlərin bərabər bölgüsü və güclü orta sinifin formalaşdırılması imkanlarına da toxunub. Bu sahələrdə institutsional islahatların aparılmasının vacibliyini vurğulayıb.

V.Bayramov həmçinin bildirib ki, Ermənistanın apardığı işğalçı siyasət regionda onun təcrid olunmasına səbəb olub: “Regionun aparıcı ölkələri – Azərbaycan və Gürcüstandır. Son illər hər iki  ölkə  arasındaki ticarət dövriyyəsi 2 dəfədən çox artıb. Ermənistan isə yaxın illər üçün hər hansı inkişaf potensialı yoxdur.Qarabağ münqaşəsi həll edilməyənə qədər  Ermənistanın regional layihələrə qoşulması mümkün deyil”.

Türkiyənin regionda təsir imkanlarının yetərincə olduğunu düşünən V.Bayramov heç də  qonşu ölkə ilə Rusiya arasında bölgü üzrə rəqabətin olması  fikrində deyil: “Rəqabət daha çox Qərb və Rusiya arasındadır. Bununla belə, bəzi məsələlərdə Rusiyanın təsir imkanları hətta Qərbə nisəbətən də daha çoxdur”.

Azərbaycanlı iqtisadçı eyni zamanda təhsil sistemində keçmiş sovet ənənəsində yeni modelə keçilməsini, enerji sektorunda dövlət və özəl şirkətlərin hesabatlılığın aşağı olması və eləcə də büdcə neft pullarının transferinin artmasının narahatçılıq yaratması kimi məsələlərə də münasibət bildirib.

 

Leave A Comment