2015-ci ildək Dövlət Neft Fondunda vəsait qalmaya bilər

2015-ci ildək Dövlət Neft Fondunda vəsait qalmaya bilər

Fantastik transfertlər göstərir ki bütün neft gəlirləri  yaxın 4 ildə xərclənəcək

2012-ci ildə Neft Fondundan dövlət büdcəsinə 9,905 milyard AZN (12,538 milyard ABŞ dollar) və ya ümumi büdcə gəlirlərinin 60,3% həcmində vəsait transfert ediləcək.Bununla da gələn il Azərbaycan Dövlət Neft Fondunun büdcə xərcləri demək olar ki  büdcə gəlirlərinə bərabər olacaq.

 

Transfertlərin həcminin ildən-ilə artırılmasına münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov vəsaitlərin  istehlak iştahasından qorumasının çətin olduğunu deyir: “Neft Fondundan büdcəyə transfertlər 2007-ci ildəki 686 milyon ABŞ dollarndan, 2011-ci ildə 11,64 milyard ABŞ dollarına qədər artıb. 2012-ci ildə transfertlərin  12,538 milyard ABŞ dollarına kimi artırılması qərara alınıb.  Bu o deməkdir ki, 2011-ci ildə fonddan büdcəyə transfertlər 2007-ci illə müqayisədə 18 dəfə artıb. Hansıki buna heç bir neft ölkəsinin təcrübəsində rast gəlmək mümkün deyil”.

 

V.Bayramov bildirir  ki, yalnız son 2 ildə büdcəyə (2010/2011) 19,0 milyard  ABŞ dollarından artıq, 2010-2012-ci illər arasında isə 31,6 milyard ABŞ dollar transfertlər  həyata keçirilib. Bu da Dövlət Neft Fondunun ümumi aktivlərindən çoxdur:” Fondun hazırkı aktivləri 30 milyard ABŞ dollarından bir az artıqdır. Mərkəzin  hesablamaları göstərir ki, əgər hökümət fonddan büdcəyə transfertləri bu həcmdə saxlarsa 2015-ci ildə Neft Fondunun büdcəsi sıfıra bərabər olacaq. Bu sahədəki qiymətləndirmələrimiz neft hasilatında azalma tendensiyasını da nəzərə alınır. Belə ki, Dövlət Neft Şirkəti 2010-cu ildə 50 milyon ton neft hasil edib. 2011-ci il üçün isə  şirkət keçən ilki hasilat göstəricisindən 4 milyon ton az  – 46 milyon neft çıxarmağı planlaşdırır”.

 

Bu arada, son ehtimallar 2015-ci ildə neft istehsalının 35 milyon tona kimi azalacağını təsdiqləyir. İqtisadçınin qənaətində görə, transfertlər hazırki səviyyədə saxlanılarsa, hətta  dünya bazarındakı bu günki qiymətlərlə belə, fondun vəsaitləri büdcənin  xətti ilə tamamilə xərclənmiş olaca: “ Fantastik trasnfertlərin bu səviyyədə saxlanılması bir neçə ildən sonra maliyyə resurslarının çatışmamazlığı ucbatından büdcə xərclərinin azaldılması kimi neqativ nəticələrə gətirib çıxara bilər. Neft pullarının idarə olunması üzrə hazırki siyasət faktiki özünü doğrultmur. vəsaitlərin effektiv və etik idarəetməsi üçün yeni siyasətin işlənməsinə. həyata keçirilməsinə ehtiyac var”.

 

Leave A Comment