Türkiyəyə satılan mavi qazın qiyməti açqılanmayacaq

Türkiyəyə satılan mavi qazın qiyməti açqılanmayacaq

Xalid Mikayılov: “Azərbaycanın” Nabucco”ya qoşulmamasının səbəblərindən biri də qazın qiymətinin gizli saxlanmasıdır”

Məlum olduğu kimi Azərbaycan və Türkiyə arasında “Trans Anadolu Təbii Qaz Kəməri” layihəsinə dair saziş imzalanıb. Hansıki bu saziş  Azəri”(“Şahdəniz-2”) yatağından çıxarılan təbii qazın Türkiyə və Avropa bazarlarına Türkiyə üzərindən daşınmasını nəzərdə tutur. Diqqəti çəkən isə qaz kəmərin texniki parametrləri, ötürüləcək qazın həcminin açıqlanmasına baxmayaraq mavi qazın satış qiyməti barədə məlumatların gizli saxlanmasıdır..Xüsusilə,  Azərbaycan tərəfi  bu məsələdə maraqlı görünür.  Belə ki,  Dövlət Neft Şirkətinin prezidenti Türkiyəyə satılan mavi qazın  qiymətinin iki ölkə arasında sirr olduğunu bildirib. O həmçinin Türkiyə parlamentinin  belə bu sirri açıqlamadığını deyib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılov hesab edir ki, Türkiyəyə  ixrac edilən mavi qazın satış qiymətinin açıqlanmaması Azərbaycanın qoşulduğu mədən sənayesində şəffaflıq təşəbbüsü prinsiplərinə ziddir: “Qaz hasilatı mədən çıxarma sənayesinə aid olduğundan mavi qazdan əldə olunan gəlirlərin açıqlanması vacib şərtdir. Digər tərəfdən mavi qazın qiyməti siyası məsələ hesab edilsə də belə  hətta Rusiya kimi iri ixracatçı  qaz gəlirlərini açıqlayır. Azərbaycanın mavi qazın tranzit  qiymətini açıqlamaması neftdən sonra ən böyük ixrac potensialı olan qaz sənayesindən əldə olunan gəlirlərə nəzarət imkanlarını məhdudlaşdırır».

İqtisadçının sözlərinə görə, Azərbaycanın “Nabucco”ya qoşulmamasının səbəblərindən biri də qazın qiymətinin gizli saxlanması cəhdləridir: “  Belə ki, Azərbaycan “Nabucco”ya qoşulduğu halda konsorsiuma daxil olan digər dövlətlər tərəfindən qiymətlər açıqlana bilərdi”.

X.Mikayılov bildirir ki,mavi qazın tranzit qiymətləri məlum olmadığıdan real gəlirlərin həcmini müəyyənləşdirmək də çətinləşir: “Bu halda Neft Fondunun mavi qazdan daxilolmalarla bağlı rəqəmləri sual altına qoyur”.

 

Leave A Comment