Avro “ölür”

Avro “ölür”

Vüqar Bayramov: “Yaxın günlərdə Neft Fondu avro ilə saxlanılan rezervlərin bir qismini qızıla çevirəcək”

Avrozonada baş verənlər  Avropanın vahid valyutası üçün müsbət gələcək vəd etmir.  Son günlər avronun məzənnəsi digər valyutalara nisbətdə kəskin azalmaqdadır.  Azərbaycan Mərkəzi Bankı  bu gün üçün avronun məzənnəsini 1.0042 manat müəyyənləşdirib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM)rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov bu gün avronun məzənnəsində son 1 ildə ən aşağı həddin  qeydə alındığını vurğulayır: “Təkcə son 6 ayda avronun dollar nisbətən məzənnəsi 15 faiz zəifləyib. Əgər cari ilin iyun ayında 1 avro 1 dolar 48 sent təşkil edirdisə, artıq 1 avro almaq ücün 1 dollar 27 sent ödəmək lazım gəlir”.

Ekspert  Azərbaycanın valyuta bazarında avronun məzənnəsinin 1 avro 1 manat məzənnəsinə yaxınlaşdığını bildirir: “Avropadakı devalvasiya 1 avronun 1 manatdan  aşağı düşəcəyini proqnozlaşdırmağa əsas verir. Yaxın günlərdə valyuta dəyişmə məntəqələrindən avro almaq üçün manat deyil, sadəcə qəpik ödəmək lazım gələcək”.

V.Bayramovun fikrincə,  Yunanıstan və İspaniyada böhrana qarşı həyata keçirilən tədbirlərin səmərəli olmaması avrozonanın gələcəyi ilə bağlı fikirayrılıqları  yaradıb: “Aydındır ki, avrozonada qalmaq sözügedən ölkələrdə xüsüsən də Yunaınstanda dövlət xərclərinin azalmasına imkan yaratmır. Əksinə dövlət xərclərinin artımı müşahidə edilir. O baxımdan Avrozonada baş verən son proseslər avronun valyuta kimi dövriyyədən çıxarılma təhlükəsini gündəmə gətirir. Düzdür, Avropa Birliyi avronun vahid valyuta kimi istifadəsinin qorunub saxlanmasına çalışacaq. Bununla belə AB bir sıra Avropa ölkələrində xüsusən İtaliya və İspaniyada dövlət xərclərini azaltmaq üçün avronun devalvasiyasına gedəсək. Avronun məzənnəsini digər valyutalara nisbətdə aşağı salmaqla həm avrozonaya ixracı stimullaşdırmağa, həm də   devalvasiya hesabına dövlət xərclərinin bir qismini örtməyə səy göstərəcək”.

İqtisadçı bildirir ki, yaxın zamanlarda avronun dollara nisbətən məzənnəsinin aşağı düşməsi prosesi sürətlənəcək: “Bu avronun  manata nisbətən də məzənnəsinin azalması demək olacaq. Dünya valyuta bazarında baş verən dəyişikliklər rezervlərin valyutada saxlanması riskini artırır. Artıq Ukrayna höküməti dövlət rezervlərinin əhəmiyyətli hissəsini qızılfda saxlanmasına dair qərar qəbul edib. Dövlət Neft Fondunun da yaxın zamanlarda  avro ilə saxlanılan rezervlərin bir qisminin qızıla çevirilməsi yönündə addımlar atacağı gözləniləndir”.

 

 

Leave A Comment