Avrozona dağılsa…?!

Avrozona dağılsa…?!

Avropa İttifaqı ölkələrinin 2011-ci ili iqtisadi böhranən eşiyində başa vurduğu hər kəsə bəllidir. Yunanıstanın çöküşünün Aİ-yə daxil olan digər dövlətləri də öz təsiri altına alacağından ehtiyat edən avropalı iqtisadçılar ölkələrinin bu çətin vəziyyəti arxada qoymasından ötrü min-bir formula axtardılar. Bununla belə, Avropanın ağır iqtisadi böhranə tamşəkildə arxada qoyduğunu söyləmək bir qədər tələzkənlik olardı.

Məsələ ilə bağlı Xəbər.info-ya açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, Avropa İttifaqında dövlət xərclərinin artması problemi yalnız Yunanıstan və İtaliyada müşahidə edilmir, eyni zamanda İspaniya və Portuqaliyada da kifayət qədər büdcə xərcləri var: “Səhm və valyuta bazarındakı son azalmalar, praktiki olaraq Avrozanın iqtisadiyyatını iflic edib. Avrozonada problemi yumşaltmağın yollarından biri kimi avrozonanın dağılması və Avropa ölkələrinin vahid pullarının dövriyyəyə buraxılmasında görürlər. Yunanıstan və İspaniya öz problemlərini həll etmək üçün Avrozonaın dağılmasında maraqlıdır. Avropa Birliyinin son iki ildə Yunanıstanı böhrandan çıxartmaqla bağlı apardığı fəaliyyət öz bəhrəsini vermədi. Ötən il dekabrın sonunda  Avropa Birliyinin samitində qəbul edilən qərar Böyük Britaniya tərəfindən dəstəklənmədi. Britaniyanın qərarının dəstəklənməməsi avronun məzənnəsinin kəskin azalmasına səbəb oldu. Bu baxımdan Avrozonanın buraxılması kifayət qədər ciddidir. Avropa Birliyi çalışacaq ki, Avrozonanı qoruyub saxlasın. Çünki bu, AB-nin ən ciddi iqtisadi layihəsidir”.

İqtisadçı-ekspertin sözlərinə görə, Avrozonanın dağılması Azərbaycan üçün iqtisadi baxımdan maraqlı deyil. Çünki Azərbaycanın dövlət ehtiyatlarının cəmi 30 faizi Avro ilə hesablanır: “Avrozonaın dağılması ilə əlaqəli qərar qəbul edilərsə, bu, avronun məzənnəsinin kəskin azalmasına və dolların avroya nisbətində mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq. Bu halda Azərbaycan üçün ziyan ondan ibarətdir ki, dövlət büdcəsinin 30 faizinin taleyi şübhə altına düşəcək və onlarda dəyərsizləşmə prosesi müşahidə ediləcək. Eyni zamanda, dolların avroya nisbətən məzənnəsinin möhkləmlənməsi manatın da avroya nisbətən möhkəmlənməsinə gətirib çıxaracaq. Artıq Azərbaycanda avro bir manat səviyyəsinə qədər azalıb”.

İqtisadçı Samir Əliyev isə deyir ki, Avrozonanın qalma ehtimalı, onun dağılma ehtimalından daha yüksəkdir: “Avrozonoda vəziyyət çox gərgindir və zonada borc məsələsi şişib. Yunanıstan, İrlandiya, İtaliya və İspaniyada olan problemlər başqa ölkələrdə də yayılmağa başlayıb. Fransa Avrozonada ikinci böyük iqtisadiyyata malik ölkədir, ancaq Fransanın bankları inhisardan çıxmaq üzrədir. Avropada bir nömrəli iqtisadiyyat artıq Almaniya keçib. Yəqin ki, bunun təsiridir ki, avro kəskin ucuzlaşıb. Yaxın müddətdə bu məsələ həllini tapmasa, yəqin ki, Avrozonanın dağılması ehtimalı qaçılmaz olacaq”.

S.Əliyevin sözlərinə görə, 2011-ci ildə avro 4, yeni ilin ilk həftəsində isə 2 faiz ucuzlaşıb. “İlkin proqnozlar onu göstərir ki, dünyada avro dollara bərəbərləşə bilər. 2010-cu ilin sentyabr ayında avronun dollara olan nisbəti ən aşağı həddə düşmüşdü. Avro ucuzlaşdığı təqdirdə, artıq investorlar kütləvi şəkildə dollara üz tutmağa başlayacaqlar. Bu da dünyada dolların bahalaşmasına gətirib çıxaracaq. Dollar bahalaşacağı təqdirdə, bu, avtomatik olaraq neftin qiymətinə təsir göstərəcək. Yəni, dollar bahalaşdıqca, neft ucuzlaşmağa başlayır. Azərbaycanda neft ölkəyə dollarla gəlir. Azərbaycanın iqtisadiyyatı neftdən aslıdır. Dolların bahalaşacağı təqdirdə, Azərbaycanın satdığı neft ucuzlaşacaq. Hesab edirəm ki, neftin ucuzlaşması proqnozlaşdırılır və gözlənilir. Bu halda Azərbaycan iqtisadiyyatı üçün böyük problemlər gətirə bilər”.

Əmrulla Quliyev

 

Leave A Comment