Azərbaycan iqtisadiyyatına investisiyalar: Müqayisəli təhlil

Azərbaycan iqtisadiyyatına investisiyalar: Müqayisəli təhlil

Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi əsasən Əsrin Müqaviləsinin imzalanmasından sonra sürətlə artmağa başlayıb. Rəsmi məlumatlara əsasən 1994-cü ildən bu günə kimi Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 100 milyard ABŞ dollarını ötüb. Bu proses 2009-cu ilə kimi artan xətlə davam edib. 2009-cu ildə isə ilk dəfə olaraq investisiyaların həcmi aşağı düşüb.

Lakin, son dövrlərdə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi yenidən artmağa başlayıb. Bu əsasən, qlobal iqtisadi böhranın təsirlərinin zəifləməsi ilə əlaqədardı. Belə ki, əgər qlobal iqtisadi böhrandan əvvəl Azərbaycan iqtisadiyyatına bütün mənbələr hesabına yönəldilmiş vəsaitin həcmini baza kimi götürsək, məlum olur ki, 2010-cu ildə iqtisadiyyata qoyulmuş investisiyaların həcmi böhrandan əvvəlki dövrdə iqtisadiyyata yönəldilmiş vəsaitlərin həcmini ötüb keçib. ABŞ və Avropa ölkələrində baş verən bank iflasları, qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik, böyük maliyyə institutlarının iflası və s. kimi amillər bütün dünyada investisiyaların həcminin azalmasına gətirib çıxarmışdı. Bu isə öz növbəsində dünya miqyasında iqtisadi artım tepmlərinin zəifləməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmində azalma müşahidə olunsa da, bu kəskin azalma olmayıb. Belə ki, böhran ili hesab olunan 2008-ci ildə Azərbaycan iqtisadiyyatına bütün mənbələr hesabına 13,3 milyard manat və ya 16,2 milyard ABŞ dolları investisiya qoyulub ki, bu da böhrandan əvvəlki il hesab olunan 2007-ci illə müqayisədə 28% artım deməkdi. Lakin, bu artım əsasən daxili investisiyalar hesabına baş verib. 2008-ci ildə daxili investisiyaların  həcmində, 3,1 milyard manat və ya 4 milyard ABŞ dolları artım olub….Məqaləni Tam Mətnini Buradan Yükləyin

 

 


Leave A Comment