ABŞ yenə defolt təhlükəsi ilə üz-üzə qalıb

ABŞ yenə  defolt təhlükəsi ilə üz-üzə qalıb

Vüqar Bayramov: “Gözlənilən təhlükə artıq valyuta bazarlarında hiss edilməkdədir”

ABŞ senatı Barak Obamanın borc limitinin yenidən artırılması istiqamətində təklifini qəbul etməyib. Bu isə yaxın zamanlarda  borc məbləğlərində atrım  olarsa defoltun baş verəcəyi deməkdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, hazırda ABŞ ən çox borca malik olan ölkədir: “Praktiki Amerikanın faiz borcu 16 trilyon dollara yaxınlaşıb. Hansıki bu ümumi daxili məhsuldan  çoxdur. Eyni zamanda adambaşına düşən xarici borc məbləği  48 min dollardır. Amerikada hər bir şəxsin 48 min dollar borcu var”.

Məlum olur ki, ABŞ-dan sonra ən çox borca malik ölkə Böyük Britaniyadır. Bu ölkənin 9 trilyon borcu var: “Böyük Britaniyada adambaşına düşən borcun məbləği 144 min dollar təşkil edir.. Bu da Böyük Britaniyanın xarici borcunun ölkənin ümumi daxili məhsulundan 4 dəfə çox olması deməkdir. Britaniyadan sonra digər borclular sırasında Fransa, Yaponiya, Hollandiya, Ispaniya, İtaliya daxildir. Dünyada 15 ölkənin xarici borcu 1 trilyon dollardan çoxdur. Sadəcə digər ölkələrdən fərqi olaraq Amerika qanunvericiliyində borcların məbləği ilə bağlı limit var. Borclar  həmin limiti keçərsə və qanunverici orqan limitin artırılması istiqamətində qərar qəbul etməzsə defolt qaçılmaz olur”.

İqtisadçının sözlərinə görə, gözlənilən təhlükə artıq valyuta bazarlarında hiss edilməkdədir: Belə ki, avronun dollara nisbətən məzənnəsinin azalması tendensiyası müəyyən qədər yumşalıb: “Son günlər avronun məzənnəsi  1 avro 1 dollar 26 sentdən 1 dollar 29 sentə qədər yüksəlib. Bu heç də Avropa Birliyində böhranın aradan qaldırılması ilə bağlı deyil. Amerikanın  defolt təhlükəsi yaşaması səbəbindən avro ilə yığım kimi dollarla yığım da azalıb”.

 

Leave A Comment