Danışıqlar indiki sürətdə davam edərsə, Azərbaycanın DTT-yə 2013-cü ildə üzv ola bilər

Danışıqlar indiki sürətdə davam edərsə, Azərbaycanın DTT-yə 2013-cü ildə üzv ola bilər

Praktik olaraq son vaxtlar Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyünə dair danışıqlar son vaxtlar daha çox gündəmdədir.

Bunu Avropa İttifaqının “Şərq Tərəfdaşlıq Proqramı”  Vətəndaş Cəmiyyəti Forumunun İqtisadi İnteqrasiya Komissiyasinin Sədri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Azərbaycanın DTT üzvlüyünə dair danışıqların növbəti IX raundu fevralın 20-24-də Cenevrədə keçiriləcək: “Bütövlükdə Azərbaycan hökuməti Avropa İttifaqı, eləcə də DTT ilə əməkdaşlığın genişləndirilməsi və bu təşkilatlara üzvlüyü ilə bağlı danışıqlara başlayıb. Hər iki tərəf əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Nəzərə alsaq ki, Azərbaycanın DTT-yə üzvlüyü ölkəmiz üçün çox əhəmiyyətlidir. Çünki bu təşkilata Azərbaycanın üzvlüyü Avropa İttifaqı ilə əməkdaşlığa müsbət təsir göstərəcək”.

V.Bayramov vurğulayıb ki, hazırda Azərbaycan ilə Aİ arasında Assosiativ müqavilənin, həmçinin azad iqtisadi ticarətlə bağlı anlaşmanın bağlanması mümükün deyil. Aİ əsas şərtlərdən biri kimi, Azərbaycanın DTT-yə üzv olmasıdır.

O deyib: “Hər halda Azərbaycanın 2012-ci ildə DTT-yə üzv olması gözlənilmir. Ümumilikdə nəzərə alsaq ki, indi Azərbaycan ikitərəfli danışıqlar aparmaq üçün bu təşkilatdan rəsmi icazəni alıb. Yaxın vaxtlarda Yaponiyanın da rəsmi icazə verməsi gözlənilir. Ümumiyyətlə, danışıqlar indiki sürətdə davam edərsə, Azərbaycan DTT-yə 2013-cü ildə üzv ola bilər”.

SalamNews

Leave A Comment