Rusiyada istehsal edilən avtomobillərin ölkəyə gətirilməsi qadağan edilir

Rusiyada istehsal edilən avtomobillərin ölkəyə gətirilməsi qadağan edilir

V.Bayramov: “Yeni standartlar maşın bazarında dəyişikliklərə gətirib çıxaracaq”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi “Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası” “AZS 635-2012” dövlət standartının tələblərinə əsasən mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal edilən  avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır.Dövlət Komitəsindən verilən məlumata görə, bu tələblərə cavab verməyən avtomobillərin Azərbaycana idxalına və Azərbaycanda istehsalına icazə verilməyəcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, bu qərar Azərbaycanda Avro standartlara keçidlə bağlıdır: “Avro standartlar yalnız avtomobillərin matoru və  benzinlə bağlı standartlar deyil.Bu standartlara nəqliyyat sisteminə aid standartların tətbiqi də daxildir.Hansıki bunlar ekoloji, təhlükəsizlik standarlarıdır”.

V.Bayramovun fikrincə, ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının qadağası müsbət addım olsa da  standartların tətdiqi  maşın bazarında dəyişikliklərə gətirib çıxaracaq: “Nəzərə alsaq ki,  Rusiyada istehsal edilən az sayda avtomobildə ABS əyləc sistemi və təhlükəsizlik yastığı var.O baxımdan Rusiya istehsalı olan əksər avtomobillər, eləcə də Azərbaycanda kifayət qədər məşhur olan VAZ 07. Və VAZ 06 maşınlarının ölkəyə gətirilməsi qadağan ediləcək. Nəticədə Rusiya istehsallı maşınlarla bağlı bazarda qıtlıq yaranacaq. Hansıki Rusiya  avtomobillərinə tələbat azalmayıb”.

Məlum olur ki, standartların tətbiqi bazarda Rusiya istehsalı olan avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq: “Bahalaşma Qərb ölkələrindən  gətirilən  maşınların qiymətinə təsir göstərməyəcək. Çünki,  analoji sistem Avopa və Qərbdə  80-ci illərin  əvvəlindən tətbiq edilir”.

Leave A Comment