Ölkə iqtisadiyyatı “Evrovizion”a hazırdırmı?

Ölkə iqtisadiyyatı “Evrovizion”a hazırdırmı?

Vüqar Bayramov: “Evrovizion bır sıra ənənəvi iqtisadi qtproblemləri həll etsə də hələ də ictimai nəqliyyatda sivil standartların tətbiqi yubanır”

“Evrovizion -2012” mahnı müsabiqəsinə 50 gün qaldı. Müsabiqə ilə əlaqədar artıq bir neçə aydır ki, paytaxta infrastruktur dəyişikliləri aparılır.

Iqitisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun dəyərləndirməsinə görə, “Evrovizion -2012” mahnı müsabiqəsinə  təkcə mədəniyyət deyil, həm də iqtisadi tədbir  kimi yanaşılmalıdır: ““Evrovizion -2012” mahnı müsabiqəsi kimi tədbirlərdə iqtisadi faktor daha öndə olur nəinki digər məsələlər.O baxımdan Evrovizion2012” mahnı müsabiqəsinin Azərbaycan iqtisadiyyatına kifayət qədər  hiss ediləcək müsbət təsirləri oldu”.

Məlum olur ki, “Evrovizion -2012” Azərbaycan iqtisadiyyatında daşlaşmış problemlərin həllinə yardım edib. Xüsusən, Heydər Əliyev adına beynəllxalq  hava limanında xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, qısa zamanda xidmətin keyfiyyətinin artırılması buna misaldır: “Hava limanında “Evrovizion” la əlaqədar həyata keçirilən tədbirlər xidmət səviyyəsinin beynəlxalq səviyyədə qurulmasına gətirib çıxarıb, Eyni zamanda infrastrukturun inkişafı, infrastrukturun “Evrovizion “ a  hazırlanması həm qısamüddətli, həm də uzunmüddətli perespektiv üçün iqtisadi baxımdan əlverişli,  uğurlu hesab oluna bilər. Digər tərəfdən “Evrovizion “  nağdsız hesablaşmalara keçidi real etdi. Bu gün Bakının əksər xidmət, eləcə də ticarət məntəqələrində post terminallar quraşdırılıb. Vətəndaşlar plastik kartlardan istifadə etməklə nağdsız ödəniş edə bilirlər”.

V.Bayramovun sözlərinə görə, həyata keçirilən tədbirlərə baxmayaraq paytaxt müsabiqəyə tam hazır deyil: “ Nağdsız  hesablaşmalara keçid baş versə də  bu sahədə  problemin tam həll edildiyini hesab etmək olmaz. Belə ki, Avropada istifadə  edilən plastik kartların şifrələri 5 və ya 6 rəqəmlidir. Azərbaycanda isə plastik kartların şifrələri cəmi 4 rəqəmlidir.Hansıki bu standart Avropa Birliyi  və ABŞ-da 2004-cü ilə qədər tətbiq edilib. O baxımdan Azərbaycanda  plastik kartların şifrələrinin və ya bütün bankomatların proqramlarının Avropa standartlarına uyğunlaşdırılması vacibdir. Digər problem  nəqliyyat sektorunun “Evrovizion “ a hazır olmamasıdır. Azərbaycanda ictimai nəqliyyatda tətbiq ediləb xidmətlər Avropa standarlarına uyğun deyil. Avropanın heç bir ölkəsində sərnişin sürücüyə birbaşa ödəniş etmir. Azərbaycanda hələ də ictimai nəqliyyatda  sovet metodundan istifadə edilir”.

 

Leave A Comment