Sərmayələri ARDNŞ üçün gələcək təhlükədir

Sərmayələri  ARDNŞ üçün gələcək təhlükədir

Xalid Mikayılov:”Çünki ARDNŞ-ın aktivlərinin  həcmi cəmi böyük deyil”

Son illər ARDNŞ  tərəfindən bir sıra layihələrə böyük həcmdə investisiyalar yatırılmaqdadır. Şirkət 2013-cü ilin birinci rübündə ölkədə  neft və qaz emalı, neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisinə  başlamağı  planlaşdırır. Hesablamalara görə, yeni layihə üzrə investisiyaların həcmi 14 milyard dollar (+/- 30 faiz) təşkil edəcək.  Lakin daha dəqiq hesablamalar layihə işlərinin tam başa çatmasından sonra məlum olacaq. Xatırladaq ki, bir müddət əvvəl  ARDNŞ 168,5 milyon dollaraq ödəyərək “Petkim”in 10,32%-lik səhmlərini almışdı. “SOCAR Turkey Enerci”nin  Petkimdəki  payını 61,32% -ə çatdırmışdı. Bundan əlavə şirkət Gürcüstan iqtisadiyyatına 800 milyon ABŞ dollarından çox sərmayə qoyub.

Iqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılov bildirir ki, ARDNŞ yaxın zamanlarda “Petkim”- də öz payını daha da artırmaq niyyətindədir: “Xatırladaq ki, hazırda ARDNŞ “Petkim”in səhmlərinin 60%-dən çoxuna nəzarət edir. Petkim”in  qalan 38,67% səhmi İstanbul fond birjasında sərbəstdir”. Ekspert deyir ki, böyük sərmayələr yatıran ARDNŞ-in aktivlərinin  həcmi cəmi  17 milyard manat və ya 22 milyard ABŞ dolları təşkil edir: “  ARDNŞ-in xaricdəki layihələrə investisiya qoyması risklərin diversifikasiyası baxımından müsbət addım olsa da bunun çatışmayan tərəfləri də mövcuddur: Xarici ölkələrdə şirkətlər öz səhmlərini adətən öhdəlikləri artan zaman, yəni borca düşdükdə satmağa meylli olurlar. Belə şirkətin səhmlərini alan investor isə gələcəkdə həm də onun öhdəlikləri üçün məsuliyyət daşıyır. O  baxımdan ARDNŞ xarici şirkətlərə investisiya qoyan zaman  onların maliyyə vəziyyətinə də nəzər salmalıdır.“

Ekspertin sözlərinə görə, ARDNŞ özü borclu vəziyyətinə düşə bilər.:”Əgər hər hansı bir şirkətin investisiyaya yönəltdiyi vəsaitlər onun aktivlərinin həcmindən çoxdursa o zaman bu şirkətin müflisləşmə təhlükəsi var. Belə ki. Beynəlxaq standartlara görə, qısamüddətli aktivlərin qısamüddətli öhdəliklərə nisbəti 1-dən aşağıdırsa,  həmin şirkətin maliyyə vəziyyəti qeyri-qənaətbəxşdir. “

Mütəxəssis  ARDNŞ-in vəsaitləri bu şəkildə  investisiya etməsini düzgün hesab etmir “ ARDNŞ dövlət şirkətidir və bu o demıkdir ki, şirkət  təkcə öz vəsaitləri üçün deyil dövlətin vəsaitləri üçün məsuliyyət daşıyır.Qısa müddətdə böyük vəsaitlərin xərclənməsi iqtisadi baxımdan döğru deyil. ”

Leave A Comment